Azərbaycanda 150 minə nömrə satanlara DYP-dən cavab - SİYAHI

Bakıda 150 min manata avtomobil nömrəsi satılır. Avtosfer.az axar.az-a istinadən xəbər verir ki, alqı-satqı saytlarında olduqca yüksək qiymətə maşın nömrələri təklif edilir. Belə nömrələrin həddən artıq baha olması diqqət çəkir. Satışa çıxarılan 10 DD 888 dövlət qeydiyyat nömrəsi 150.000 manata təklif edilir. Bu qədər yüksək qiymətə olmasa da, saytda olduqca baha qiymətə təklif edilən başqa nömrələr də var. 10 VV 100 nömrəsi 50.000 manata, 10 OO 015 nömrəsi 46.000 manata, 10 EF 100 nömrəsi 26.000 manata, 10 AZ 550 nömrəsi 25.000 manata, 10 LF 009 nömrəsi 20.000 manata, 10 CL 010 nömrəsi 14.500 manata təklif edilib.
Saytda hətta “AA” seriyasından olan nömrələr də var. Onların da qiyməti olduqca yüksəkdir. Məsələn 20 AA 888 nömrəsi 10.000 manata əklif edilib.
Baş Dövlət Yol Polisi İdarəsi bildirir ki, vətəndaşlar belə elanlara aldanmasınlar. Çünki onların əksəriyyəti yalandır. Bundan əlavə, avtomobilin dövlət nömrə nişanını qanunvericilikdə nəzərdə tutulmuş qaydada yalnız DYP sata bilər.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












