Azərbaycanda 22 manatlıq nomrə - 55 min manata satılır

Azərbaycanda elan saytlarından birində şok qiymətə avtomobil nömrələri satılır. Avtosfer.az aznews.az-a istinadən xəbər verir ki, sözügedən avtomobil qeydiyyat nişanlarından biri 10-00-015 dövlət nömrə nişanıdır. Elanda nömrənin 55 000 AZN-ə satıldığı qeyd olunub.

Digər bir elanda isə 10-DO-777 dövlət nömrə nişanının 12 000 manata satıldığı qeyd olunub.
Bahalı nömrələr içərisində diqqət çəkənlərdən biri isə “AA” seriyalı qeydiyyat nişanıdır. Belə ki, 90 AA 493 dövlət nömrə nişanının satışıyla bağlı elanda qiymət 13 000 manat olaraq qeyd olunub. 
Məlumat üçün bildirək ki, 2014-cü ildə "Dövlət rüsumu haqqında" qanuna dəyişikliklər edilib. Dəyişikliklə prestijli maşın nömrələrinin qiyməti minimum 500 AZN, maksimum isə 2500 AZN müəyyən olunub.
Məsələ ilə bağlı AzNews.az-a açıqlama verən yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov bildirib ki, nömrələrin baha qiymətə satılması tam olaraq qanuna uyğundur: “Həmin nömrə Dövlət Yol Polisi İdarəsi tərəfindən birinci dəfə vətəndaşa və yaxud təşkilata satılan zaman dövlət rüsumu minimum 500, maksimum isə 2500 AZN olur. Bu qanun ilkin satış zamanı keçərlidir.
Həmin nömrələri baha qiymətə təklif edənlər ayrı-ayrı şəxslərdir. Bu işi görənlər arasında möhtəkirçiliklə məşğul olanlar da var. Məsələn, onlar küçədə bir köhnə maşın görürlər, baxırlar ki, maşının qeydiyyat nişanı özündən 2 dəfə bahalıdır. Yaxınlaşırlar avtomobilin sahibinə, deyirlər ki, gedək nömrəni öz adımıza rəsmiləşdirək, təkcə nömrəyə görə sənə 5000 manat verəcəyik. Bu isə tam olaraq qanunidir.
O nömrəni DYP müəyyən olunmuş dövlət rüsumundan baha satarsa, o zaman qanun pozulmuş olar. Bu isə mümkün deyil. Polis o nömrələri vaxtilə kimlərəsə verib, o şəxslər də istədiyi qiymətə satır.
Sadəcə bir şeyi nəzərə almaq lazımdır ki, dövlət qeydiyyat nişanı avtomobilsiz heç bir əhəmiyyət daşımır. Onu satanlar ikiqat rəsmiləşdirmədən keçirib, sonra başqa adama sata bilirlər”.
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










