Azərbaycanda 733 min ton avtomobil benzini istehsal olunub

Bu ilin yanvar-avqust ayları ərzində neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 736,2 mln. manat olub. Bu isə əvvəlki ilin yanvar-avqust ayları ilə müqayisədə 9,8% azalma deməkdir. Avtosfer.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, neft məhsullarından sürtkü yağlarının istehsalı 48,7%, dizel yanacağının istehsalı 22,5%, neft koksunun istehsalı 21,9%, avtomobil benzininin istehsalı 7,1%, ağ neftin istehsalı 8,3% azalıb, yanacaq mazutunun istehsalı 2,1 dəfə və neft bitumunun istehsalı isə 2,5% artıb. Hesabat dövründə 732,6 min ton avtomobil benzini, 120 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 417,1 min ton ağ neft, 1 491,5 min ton dizel yanacağı, 416,5 min ton yanacaq mazutu, 7,7 min ton sürtkü yağları, 112,7 min ton neft bitumu, 121,1 min ton neft koksu istehsal olunub.
Bu ilin sentyabrın 1-nə 11 min ton avtomobil benzini, 2,7 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 31 min ton ağ neft, 86,8 min ton dizel yanacağı, 10,8 min ton yanacaq mazutu, 10,3 min ton sürtkü yağları, 3,3 min ton neft bitumu, 7,3 min ton neft koksunun hazır məhsul ehtiyatı qalıb.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












