Azərbaycanda avtomobil sığortası üzrə zərərlilik azalıb

Bu ilin ilk yarısında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri avtomobillərin könüllü sığortasından 11,373 mln. manat sığorta haqqı toplayıb, sığortaçıların kasko sığortasına görə ödənişi isə 7,472 mln. manat olub. Yəni, sığorta şirkətləri könüllü avtosığortadan qazandıqları hər 100 manatın 65,6 manatını müştərilərə geri qaytarıb. Halbuki, 2015-ci ilin eyni dövründə bu nisbət 77,3% olub. Bir il bundan əvvəl kasko sığortasından daxilolmalar 15,747 mln. manat, ödənişlər isə 12,174 mln. manat təşkil edib. Bu barədə "Report"a Maliyyə Bazarlarına Nəzarət Palatasından məlumat verilib. Bildirilib ki, zərərlilik göstəricisi avtomobillərin icbari sığortasında da cüzi olsa belə, azalıb. İlk yarımildə sürücülərin mülki məsuliyyətinin icbari sığortalanmasından 42,894 mln. manat haqq toplayan şirkətlər bunun 40,7%-ni və yaxud 17,445 mln. manatını ödəniş edib. Ötən ilin eyni dövründə isə icbari avtosığortadan toplanmış 36,057 mln. manatın 42,6%-i və yaxud 15,36 mln. manatı ödənişə yönəldilib.
Son bir ildə Azərbaycan manatının təxminən 50% dəyərdən düşdüyünü və avtomobillərin ehtiyat hissələrini də təxminən bu qədər bahalaşdığını nəzərə alsaq, avtomobil sığortasında zərərliliyin azalması maraq doğurur. Sığorta bazarı üzrə ekspert Xəyal Məmmədxanlı hesab edir ki, kasko sığortasında ödəniş/yığım nisbətinin azalması sığorta şirkətlərinin öz öhdəliklərini lazımi səviyyədə yerinə yetirmək istəməməsi ilə bağlıdır: "Kasko sığortasından daxilolmalar əsasən banklarda verilən avtomobil kreditlər hesabına formalaşır. Son 1 ildə də bu sahədə göründüyü kimi nəzərəçarpacaq (təxminən 28%) azalma olub. Təbii ki, yığım azalırsa şirkətlər ödənişləri də bacardıqca azaltmağa, müştərilərə pul verməkdən yayınmağa çalışır. Son nəticədə avtomobillərin könüllü sığortasında zərərlilik azalır".
Avtomobillərin icbari sığortasında zərərliliyin azalmasına gəlincə isə, ekspert bunun yığımların əhəmiyyətli şəkildə (təxminən 19%) artması ilə bağlı olduğunu düşünür: "İcbari sığorta ilə bağlı son vaxtlar bir sıra tədbirlər görülüb. Bu növ sığortası olmayanlara qarşı cərimələr artırılıb, sığorta radarı işə düşüb və beləliklə, mülki məsuliyyətini sığorta etdirənlərin sayı xeyli artıb. Hazırda ölkədə 1,5 mln. avtomobil var və bunun 100-150 minin sığortasız olduğunu deyə bilərik. Halbuki, əvvəllər yarıbayarı idi. Kasko sığortasından fərqli olaraq avtomobillərin icbari sığortasında şirkətlər müştərilərə ödənişdən nadir hallarda imtina edir. Odur ki, zərərlliyin azalması yalnız yığımın artması ilə əlaqədar ola bilər".
W16 mühərrikli “Bugatti”lərin istehsalı dayandırıldı - FOTOLAR
“Niva”nın yeni mühərriklə istehsalı başladı
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - Bazarda CİDDİ UCUZLAŞMA - VİDEO
Qaydaları ən çox bu avtomobillərin sürücüləri pozur - SİYAHI
Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?
İkinci əl avtomobillər niyə yenidən bahalaşır?
Sürücüləri narahat edən cəza mexanizmi dəyişir? - AÇIQLAMA
Benzin mühərriklər tarixə qovuşmur: istehsalçılar texnikanı təkmilləşdirir
Yay aylarında avtomobil yanğınları niyə daha çox baş verir? - USTA
Bakıda bu avtomobillərə təlabat azaldı - Qiymətlər enəcək?
Minlərlə avtomobil təcili servislərə geri çağrılır - Yanğın riski var










