Azərbaycanda avtomobillərin sayı artıb - RƏSMİ

“Dünyada şəhər əhalisinin kənd əhalisinə nisbəti 13 faizdən 55 faizə qədər yüksəlib”.
Avtosfer.az-ın məlumatına əsasən, bunu ADA Universitetində keçirilən Milli Şəhərsalma Forumunun panel müzakirələrində ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.
O bildirib ki, Yer kürəsində artan urbanizasiya bir sıra problemlər yaradır. Nazir müavini qeyd edib ki, ətraf mühitin mühafizəsi, tullantıların düzgün zərərsizləşdirilməsi, şəhərsalmanın və infrastrukturun yeni çağırışlara uyğun yaradılması prioritet olmalıdır.
“Şəhərlərdə yaşıllıqların salınması vacibdir. Bakının yeni Baş Planında da bu, amil göstərilir. Bakıda yaşıllıq sahələrinin artırılması, bulvar ərazisinin 2040-cı ilə qədər uzadılması planlaşdırılır”, - deyə o əlavə edib.
Nazir müavini bildirib ki, Azərbaycanda, əsasən də ölkənin böyük şəhərlərində avtomobillərin sayının çoxalması müşahidə edilir. “Ölkədə havanın çirkləndirilməsinin 80 faizi avtomobillərin payına düşür”, - deyə o bildirib.
Qeyd edək ki, Forumun açılışı oktyabrın 5-də Ağdamda olub.
oxu.az
Azərbaycanda avtomobillər bahalaşa bilər - VİDEO
Çin avtomobili almaq istəyənlərin nəzərinə! - Qiymətlər bu qədər artacaq
Azərbaycan avtomobil idxalında tarixi zirvəyə çatdı - STATİSTİKA - FOTO
"VAZ" avtomobilləri üçün yeni disklər - FOTO
"BYD" milyardlıq vədlərini yerinə yetirmir
Xaricdən avtomobil gətirənlərin sayı niyə kəskin azalıb? - VİDEO
Dünyada ən çox tıxac olan şəhərlər açıqlandı - SİYAHI
Yeni tip batareya elektromobildən uzunömürlü ola bilər - Natrium əvəzinə litium
Çin yarım sükanlı avtomobilləri qadağan etdi
Sosial yardım alan şəxs yarım milyonluq “Ferrari” sürürmüş
Maşın almaq istəyənlərə BƏD XƏBƏR — Apreldən qaydalar dəyişir











