Azərbaycanda bu benzinin satışı dayandırıldı - SƏBƏB - VİDEO

Yanacaqdoldurma məntəqələrində 98 markalı super benzinin satışı dayandırılıb. Avtosfer.az-ın məlumatına görə, super markalı benzini ölkəyə gətirən və satan "SOCAR Petrolium" şirkətinin mətbuat xidmətinin rəhbəri Üzeyir Həbibbəyli bildirir ki, bu benzinin satışının dayandırılmasına səbəb onun alındığı ölkələrdə yanacaq qiymətlərinin bahalaşmasıdır. Buna görə şirkətin həmin ölkələrlə qiymət məsələsi ilə bağlı danışıqları uzandığına görə super benzinin gətirilməsi hələ ki, dayandırılıb.
Üzeyir Həbibbəyli bildirir ki, super benzinin ölkəyə gətirilməsi bərpa olunana qədər sürücülər "Aİ 95" kimi tanınan "Premium" markalı benzindən istifadə edə bilərlər. Onun sözlərinə görə, super benzin xarici ölkələrdən baha qiymətə alınsa belə, onun satış qiymətində bahalaşma olmayacaq.
Onu da qeyd edək ki, super benzinin Azərbaycanda istehsalı həyata keçirilmir. Azərbaycan bu benzini Bolqarıstan, Belarus və Rumuniyadan alır. Yeni alınacaq benzin də ölkəyə Rumuniyadan gətiriləcək. Super benzinin ən geci 1 aya sürücülərə təqdim ediləcəyi gözlənilir.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












