Azərbaycanda bu nömrəli maşınlar radara düşmür - AÇIQLAMA

“Tranzit nömrəli maşınların sürücüləri qayda pozuntularına yol verdiyi halda, əməkdaşlarımız tərəfindən saxlanılır və inzibati protokol tərtib edilir. Əgər tranzit nömrəli maşını idarə edən şəxs xarici ölkə vətəndaşıdırsa, ümumi əsaslarla məsuliyyətə cəlb olunur”. Avtosfer.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev modern.az-a açıqlamasında deyib. O bildirib ki, hələ ki, tranzit nömrəli maşınların dövlət qeydiyyat nişanlarının radarlarda oxunması ilə bağlı məsələlər tam həllini tapmayıb. “Yaxın vaxtlarda bu məsələ də öz həllini tapacaq. Amma əməkdaşlarımız tərəfindən vizual şəkildə aşkar olunan qayda pozuntuları yerindəcə protokollaşdırılır”.
Kamran Əliyev həmçinin qeyd edib ki, əgər həmin dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxs öz vətəndaşımız olsa, onun barəsində də eyni qaydada tədbir görülür. O bildirib ki, vətəndaşın ünvanı qeyd edildikdə isə həmin cərimə onun evinə də göndərilir.
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA












