Azərbaycanda Çin maşınları bahalaşacaq? - Yeni tarif tətbiq edilib

ABŞ-nin tətbiq etməyə hazırlaşdığı yeni tariflər ərəfəsində qlobal okean yükdaşıma qiymətlərinin son iki ilin ən yüksək səviyyəsinə yüksəlməsi dünya ticarətində yeni bahalaşma dalğası ilə bağlı narahatlıqları artırıb.
Bu fonda maraqlıdır, ABŞ-nin yeni tarifləri fonunda qlobal yükdaşıma qiymətlərinin artması Çindən Azərbaycana gətirilən avtomobillərin maya dəyərinə və satış qiymətlərinə necə təsir göstərə bilər? Bu bahalaşma nə dərəcədə realdır və Azərbaycan bazarı üçün hansı risklər yaradır?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Sfera.az-a açıqlama verən “MasterClass” layihəsinin rəhbəri, avtomobil sahəsi üzrə ekspert Raqif Raufoğlu bildirib ki, bunun təsiri avtomobildən daha çox digər məhsullara var. Onun sözlərinə görə, axır vaxtlar baş verənlər fonunda Avropadan gələn məhsulların, yağların qiymətində 100% artım var və bu, təbii ki, bazarı əməlli-başlı çalxalayıb:
“Amma Çindən Azərbaycana gələn maşınlara bunun bir təsiri görünməyəcək, çünki orta dəhlizdir və elə son illərdə, nə yaxşı ki, bu dəhliz ortalığa çıxdı. Yəni Çindən indi bu avtomobillər və təbii ki, bir çox yüklər dəmir yolu ilə ordan gəlir, deməli, Aktauya, Aktaudan gəmi yolu ilə gəlir Xəzərdən bu tərəfə. Ona görə o qeyd olunanların bu tərəfə hələ ki bir təsiri yoxdur, əksinə biz gözləyirik ki, inşallah dəhliz sürətlənəndə bu tərəfdən daha sərfəli bir marşrutumuz olacaq. Ona görə sırf avtomillərin yol pulundan, belə demək olarsa, söhbət gedirsə, təsiri yoxdur. Amma başqa yerlərdən, məsələn, gəmi yolu ilə Amerikadan və digər yerlərdən gələnlərdə, əlbəttə ki, bu logistika xərcləri artacaq və artıb artıq”.
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı
Cərimə balı, sərxoşluq və qəza: Vəsiqədən məhrumetmə halları










