Azərbaycanda daha bir yol qırğını; 2 ölü, 1 ağır yaralı - FOTO

Ələt-Astara magistralının Lənkəran rayonu ərazisindən keçən hissəsində iki nəfərin ölümü, bir nəfərin xəsarət alması ilə nəticələnmiş ağır yol qəzası baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, dövlət seriya nömrəsi Rusiyaya məxsus "C047 BY" "VAZ-21099" markalı minik avtomobili "07 BG 455" dövlət seriya nişanlı, "Ford" markalı avtomobili ilə toqquşub. Nəticədə "VAZ 21099" markalı minik avtomobilinin sürücüsü və sərnişini hadisə yerində ölüb. Ölənlər Lənkəran rayon Xanbulan kənd sakinləri - 1958-ci il təvəllüdlü Abdullayev Fikrət Məhərrəm oğlu və 1948-ci il təvəllüdlü Dövlətov İmran Ağacan oğludur. Hadisə zamanı xəsarət almış Lənkəran rayon Xanbulan kənd sakini, 1948-ci il təvəllüdlü Xanəli İnətullayev Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər onun durumunu ağır qiymətləndiriblər.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR

















