Azərbaycanda dizel yanacağı bahalaşacaq - Xəbərdarlıq

"Aİ 92 markalı benzinin yaxın müddətdə bahalaşması gözlənilmir. Lakin dizel yanacağında qiymət artımının olması ehtimalı böyükdür". Avtosfer.az xəbər verir ki, bunu baku.ws-ə Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban son günlər Aİ 92 markalı benzinin və dizel yanacağının bahalaşacağı ilə bağlı yayılan xəbərlərə rəy bildirərkən deyib. "Aİ-98 super” markalı benzinin qiyməti 10 qəpik bahalaşaraq 1,30 AZN olduqdan sonra digər markalı benzinlərin də qiymətində bahalaşma olacağı ilə bağlı xəbərlər yayılıb. İlham Şabanın sözlərinə görə, Aİ 92 markalı benzinin qiyməti bu yaxınlarda qalxdığı üçün yaxın müddətdə bahalaşması gözlənilmir. "Lakin dizel yanacağının bahalaşacağı ehtimalı var. Çünki dizel axırıncı dəfə 2013-cü ildə 45 qəpikdən bahalaşaraq 60 qəpik olub. Çünki Azərbaycanda maraqlı tendensiya var. Qiymət artımının 4-5 ildən bir olduğu müşahidə edilir. Birdən-birə 30-35 faiz bahalaşır. Çox ölkələrdə isə yanacağın qiyməti hər il 3-5 faiz bahalaşır”, - deyə İlham Şaban qeyd etdi.
Yanacağın qiymətində artımın səbəblərinə gəlincə, ekspert qeyd etdi ki, iqtisadiyyatı şaxələnməyən ölkələrdə bu cür qiymət artımları müşahidə olunur. Tarif Şurasından isə bildirildi ki, qeyd olunan yanacaqların bahalaşması məsələsi hələ ki, gündəmdə deyil. "Aİ 92 markalı benzin və dizel yanacağının qiymətinin artırılması ilə bağlı Tarif Şurasına müraciət edilməyib”, - deyə qurumun mətubat katibi Abbas Əliyev bildirdi.
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










