Azərbaycanda ən çox alınan avtomobillər – SİYAHI

Ölkədəki avtoparkların 38%-ni VAZ markalı avtomobillər təşkil edir. 2013-cü ildə Azərbaycanda Dövlət Yol Polisinin qeydiyyata aldığı avtomobillərin sayı 90 212 ədəd artaraq 1 048 806 ədədə çatıb. Avtosfer.az marja-ya istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesabatına görə, Azərbaycanın avtomobil parkında olan avtomobillərin 399 046 ədədi və ya 38%-i VAZ markalı avtomobillərdir. Əvvəlki illərdə Azərbaycan yollarında bu markadan olan modellərin sayı əsasən VAZ 2107 modelinin hesabına kəskin artırdırsa, artıq 2013-cü ildə artım səngiyib. İndi Azərbaycanda VAZ-ın ən çox satılan modeli 2121-dir (NİVA). Ötən il ölkəmizdə 3956 NİVA avtomobili qeydiyyata alınıb. Azərbaycanda ötən il ən çox qeydiyyata alınmış avtomobil markaları Mercedes-Benz, Opel, Hyundai, Toyota, Kia olub. Avtomobil parkımızın 17%-i Mercedes-lərdən, 5%-i Hyundai-lərdən, 4%-i Toyota-lardan, 3,7%-i isə Opel-lərdən və. s. ibarətdir. Azərbaycan bazarında satış liderləri olan Hyundai və Kia-nın sayı ötən il, 2012-ci ilin artım sayı ilə müqayisədə cəmi müvafiq olaraq 273 və 745 ədəd artarkən, Nissan-ın sayı 1672 ədəd, Renault-un sayı 578 ədəd artıb. Azərbaycanda Mitsubishi, Chevrolet, Toyota, Opel alanların sayı isə azalıb. Azərbaycanda hər 1000 nəfərə 133 avtomobil, o cümlədən 112 minik avtomobili düşür. O cümlədən ölkəmizdə hər 100 ailədən 50-nin avtomobili var. Halbuki, 2000-ci ildə bu göstərici cəmi 19 idi.
2013-cü ildə Azərbaycanda ən çox qeydiyyata alınmış avtomobil markaları:
CƏDVƏL 1
|
Adı |
2012-ci il, artım sayı, ədədlə |
2013-cü il, artım sayı, ədədlə |
|
Mercedes |
23688 |
29070 |
|
Opel |
8255 |
8019 |
|
Hyundai |
7203 |
7440 |
|
Toyota |
6212 |
6189 |
|
Kia |
5346 |
6091 |
|
Nissan |
3569 |
5241 |
|
VAZ |
3836 |
3406 |
|
BMW |
1730 |
2475 |
|
Chevrolet |
3278 |
2200 |
|
Wolkswagen |
3232 |
2118 |
|
Mitsubishi |
3161 |
1422 |
|
Lexus |
1067 |
1287 |
|
Ford |
849 |
1112 |
|
Reno |
375 |
953 |
|
LandRover |
615 |
785 |
|
Honda |
685 |
654 |
|
Audi |
432 |
597 |
|
Chery |
262 |
360 |
|
Fiat |
297 |
319 |
CƏDVƏL 2
|
|
2000 |
2012 |
2013 |
2013-də Artıb, -Azalıb |
|
Cəmi |
332 026 |
958 594 |
1 048 806 |
90212 |
|
Zaporojests və modif, |
11 594 |
6 090 |
6 221 |
131 |
|
Oka-111 |
… |
2 094 |
2 092 |
-2 |
|
Tavriya |
… |
689 |
585 |
-104 |
|
Vaz-2101, 03-06 |
162 354 |
201 656 |
201 110 |
-546 |
|
Vaz-2102, 2104 və modif. |
8 868 |
15 143 |
15 102 |
-41 |
|
Vaz-2108, 2109 və modif. |
10 821 |
24 591 |
24 517 |
-74 |
|
Vaz-2105, 2107 və modif. |
19 639 |
126 612 |
126 723 |
111 |
|
Vaz-2121 və modif. |
10 443 |
27 638 |
31 594 |
3956 |
|
Moskviç və modif. |
35 557 |
25 771 |
25 666 |
-105 |
|
Qaz-24 və modif. |
26 122 |
27 415 |
27 372 |
-43 |
|
Qaz-3102 və modif. |
9 024 |
21 849 |
21 793 |
-56 |
|
Uaz-469 və modif. |
6 643 |
2 539 |
2 806 |
267 |
|
Digər minik avtomaşınları (MDB) |
10 645 |
47 180 |
53 126 |
5946 |
|
BMW |
2 421 |
20 133 |
22 608 |
2475 |
|
Opel |
707 |
30 956 |
38 975 |
8019 |
|
Mercedes |
4 653 |
148 521 |
177 597 |
29070 |
|
Wolkswagen |
776 |
15 489 |
17 607 |
2118 |
|
Audi |
537 |
2 911 |
3 508 |
597 |
|
Ford |
1 059 |
5 219 |
6 331 |
1112 |
|
Chevralet |
128 |
7 080 |
9 280 |
2200 |
|
Cadillac |
17 |
219 |
258 |
39 |
|
Buick |
14 |
82 |
74 |
-8 |
|
Lincoln |
22 |
101 |
102 |
1 |
|
Chrysler |
151 |
27 |
22 |
5 |
|
Rover |
51 |
91 |
101 |
10 |
|
Oldsmobil |
13 |
14 |
14 |
0 |
|
Volvo |
477 |
990 |
1 033 |
43 |
|
Talbot |
25 |
23 |
23 |
0 |
|
Saab |
37 |
54 |
58 |
4 |
|
Reno |
1 592 |
3 064 |
4 017 |
953 |
|
Peugeot |
345 |
1 592 |
1 754 |
162 |
|
Sitroyen |
55 |
93 |
135 |
2 |
|
Toyota |
909 |
33 775 |
39 964 |
6189 |
|
Mazda |
225 |
1 990 |
2 437 |
447 |
|
Suzuki |
42 |
617 |
705 |
88 |
|
Nissan |
1 252 |
22 784 |
28 025 |
5241 |
|
Mitsubishi |
461 |
18 504 |
19 926 |
1422 |
|
Honda |
181 |
4 017 |
4 671 |
654 |
|
Subaru |
26 |
1 749 |
1 869 |
120 |
|
Datsun |
29 |
24 |
24 |
0 |
|
Dayxatsu |
12 |
222 |
222 |
0 |
|
Alfa Romeo |
147 |
201 |
205 |
4 |
|
Fiat |
258 |
2 904 |
3 223 |
319 |
|
Daewoo |
2 334 |
8 169 |
8 424 |
255 |
|
KIA |
625 |
19 344 |
25 435 |
6091 |
|
Skoda |
67 |
736 |
831 |
95 |
|
Tatra |
4 |
1 |
1 |
1 |
|
Tofaş |
664 |
6 390 |
6 374 |
-16 |
|
Hyundai |
… |
44 411 |
51 851 |
7440 |
|
Jaguar |
… |
150 |
173 |
23 |
|
Asiya |
… |
23 |
23 |
0 |
|
CHERY |
… |
1 550 |
1 910 |
360 |
|
LANDROVER |
… |
3 030 |
3 815 |
785 |
|
İnfiniti |
… |
1 601 |
1 792 |
191 |
|
Lexus |
… |
6 069 |
7 356 |
1287 |
|
Azsamand |
… |
2 782 |
431 |
-2351 |
|
Porsche |
… |
958 |
1 231 |
273 |
|
Digər xarici minik avt. |
… |
10 667 |
15 684 |
5017 |
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi












