Azərbaycanda fərdi alkotesterlərdən istifadə qanunidir? - AÇIQLAMA

Azərbaycanda satışda olan fərdi alkotesterlərin istifadəsinin qanuni olub-olmaması cəmiyyətdə tez-tez müzakirə olunur. Xüsusilə də bu cihazların yol hərəkəti zamanı hüquqi əsas yaradıb-yaratmaması sürücülər üçün maraq doğurur. Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı məsələyə aydınlıq gətirib.
Yol polisi əməkdaşı yolda qalan sürücüyə belə kömək etdi - Heç kim inanmadı - VİDEO
O bildirib ki, alkotesterlər dövlət tərəfindən uçotu aparılan cihazlardır və onlardan yalnız aidiyyəti orqanların, o cümlədən Dövlət Yol Polisi əməkdaşlarının xidməti vəzifə zamanı istifadə etmək hüququ var.
“Yalnız sertifikatlaşdırılmış, standartlaşdırma və metrologiya üzrə yoxlamadan keçmiş alkotesterlər ölçü vasitəsi kimi tanınır və hüquqi əsas yaradır”.
Elməddin Muradlı qeyd edib ki, fərdi məqsədlə marketlərdən və ya ticarət mərkəzlərindən alınan alkotesterlər hüquqi göstərici hesab oluna bilməz.
“Bu tip cihazlar yalnız şirkətlər tərəfindən daxili nəzarət məqsədilə istifadə olunur. Məsələn, sürücülərin reysqabağı alkoqol yoxlaması üçün tətbiq edilə bilər.”
Ekspert əlavə edib ki, Dövlət Yol Polisi əməkdaşının və ya digər dövlət orqanı nümayəndəsinin fərdi məqsədlə alınmış alkotesterdən istifadə edərək onu hüquqi sübut kimi təqdim etməsi qanunsuzdur. “Belə hallar baş verərsə, vətəndaşlar aidiyyəti qurumlara şikayət edə bilərlər”.
Sürücülər bunu bilmir: 20 manat əlavə ödə, 10 min al
Məşhur bloqer oğurlanan superkarını internetdə gördü - Küçədə "drift" edərmiş
8 min manata “Hyundai”, 14 min manata “Prado”...
Avtomobil saxlamaq bahalaşır – Sürücülərin xərcləri artır
Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər
“Mercedes” Almaniyaya investisiya qoyuluşunu dayandırır
Azərbaycanda Çinin seçilən markalarına zəmanət veriləcək
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi












