Azərbaycanda hansı səs siqnalları qadağandır? - Sürücülər bunu mütləq BİLMƏLİDİR

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasında bu günə olan mövzu sürücülərin qadağan olunmuş səs siqnallarından istifadə etməsi ilə bağlıdır.
Hərdən şəhərin küçələrində avtomobillərin müxtəlif səsli siqnallardan istifadə etməsinin şahidi oluruq. Müşahidələrdən bu nəticəyə gəlmək olar ki, həmin siqnallardan daha çox gənc sürücülər istifadə edir. Yol polisinin də reydlər zamanı yoxladığı əsas məqamlardan biri məhz avtomobillərdəki əlavə səs siqnallarının quraşdırılmasıdır. Görəsən, Azərbaycanda hansı səs siqnallarından istifadə etmək sürücülərə qadağan olunub?
Rubrikamızın sualına tanınmış avtomobil eksperti Elməddin Muradlı cavab verib. O bildirib ki, bu məqam yol hərəkəti haqqında qeyd olunub:

Ekspert Elməddin Muradlı
“Qanunda bildirilir ki, sürücülər çoxsəsli siqnallardan istifadə edə bilməz. Yalnız bir səs tempi olmalıdır. Səs tonu da müəyyən ölçüyə qədər təyin olunub. Azərbaycanda bu göstərici 85 desibelə qədərdir. Bu, yol hərəkəti qanunu ilə tənzimləndiyi üçün sürücülər bilərəkdən, yaxud bilməyərəkdən pozuntuya yol verirlər. Hər gün ölkənin və Bakının müxtəlif yerlərində səs siqnallarından istifadə edən sürücülərə rast gəlinir. Onların barəsində çox ağır sanksiyalar tətbiq edilir. Səs siqnalları avtomobildən müsadirə olunur və sürücü 1000 manatadək cərimə edilir. Müsadirə olunan avadanlığın qiyməti də az deyil. 50-100 manatdan 5000 manatadək qiyməti var. Təəssüf ki, cihaz məhkəmə və yol polisi tərəfindən müsadirə edilsə də, bəzən 1 ay sonra eyni avtomobildə yenə həmin hal təkrarlanır”.
Avtomobil bazarında "Çin tapmacası" - Qiymətlər niyə artmır?
Bu avtomobillərə tələbat artacaq - Bahalaşma gözlənilir?
Azərbaycanda avtomobilləri daha da bahalaşdıracaq HADİSƏ
Elektromobilin gediş ehtiyatını artıran qoşqu
20 ilin “Toyota”sı Çin avtomobilindən daha səmərəli işlədi
Dirsəkli val belə döyülür – VİDEO
Bu yola radar quraşdırıldı; birazdan işə düşəcək - Sürücülərin diqqətinə!
Siqnalla təbrik: Afrikaya bənzəməyə çalışırıq? - FOTO
Tormoz mayesi və baş silindr tarixə qovuşur? - FOTO
Azərbaycanda avtomobillər bahalaşa bilər - VİDEO
Çin avtomobili almaq istəyənlərin nəzərinə! - Qiymətlər bu qədər artacaq











