Azərbaycanda iki gündə 10 min sürücü radara düşdü

DİN Baş Dövlət Yol Polisi İdarəsi avqustuın 27-28 tarixlərində ölkə üzrə keçirilən reydlərin nəticələrinə dair məlumat yayıb. İdarədən Avtosfer.az-a verilən məlumata görə, yol hərəkəti qaydalarının pozulması, nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə edilməsi hallarının qarşısının alınması istiqamətində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən reydlər ötən həfətə də davam etmişdir. Respublika ərazisində təkcə şənbə və bazar günlərində bütövlükdə 22 mindən artıq yol hərəkəti qayda pozuntusu aşkar edilib ki, onlardan da 10 mindən çoxu foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkarlanıb. Qalan 12 mindən çox qayda pozuntusu, yol hərəkətinə nəzarəti həyata keçirən dövlət yol polisi qurumlarının əməkdaşları tərəfindən aşkarlanıb ki, onlardan da 163-ü nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə idarə edilməsi faktlarıdır. Baş Dövlət Yol Polisi İdarəsi bir daha nəqliyyat vasitələrinin sürücülərindən yol hərəkəti qaydalarına ciddi əməl etmələrini tələb edir.
Elməddin
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










