Azərbaycanda «Kamaz»ın arxasında işıqlı ŞOU – Təhlükə - VİDEO

Bakı-Qazax yolunda hərəkət edən «Kamaz» markalı, 47 BA 579 dövlət nömrə nişanlı yük avtomobili Avtosfer.az-ın kamerasına tuş gəlib. Təqdim olunan foto və videodan da göründüyü kimi, «Kamaz»ın arxa hissəsi diskotekada sayrışan işıqları xatırladır. Burada demək olar ki, müxtəlif rəngdə işıqlara rast gəlmək olar. Sürücü «Kamaz»-ın arxasına o qədər işıq vurub ki, zavodun qoyduğu işıqlar itib-batıb. Nəticədə isə əyləcin işıqlarının nə vaxt yanıb-söndüyü uzaqdan hiss olunmur.
Bu avtomobilin belə vəziyyətdə yola çıxması olduqca təhlükəlidir. Çünki «yolka» kimi alışıb yanan «Kamaz»ın arxasında əyləcin işıqları aydın görünmədiyi üçün arxadan gələn maşınlar ona çırpıla bilər. Üstəlik, bu vəziyyət arxadan gələn sürücülərin diqqətini yayındırır, onların gözünü qamaşdırır. YPX əməkdaşı bu avtomobili saxlasa əlavə avadanlıqlar quraşdırdığı üçün sürücüyə çox rahatlıqla 150 manat cərimə tətbiq edə bilər.
Ümid edirik ki, Dövlət Yol Polisi İdarəsi bu avtomobilin saxlanılmasını və həmin işıqların sökülməsini təmin edəcək. Sürücü isə bu mənasız işıqlara xərclədiyi pulla gedib salamat bir təkər alacaq…
Elmin
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR














