Azərbaycanda ki avtobus qəzası ilə bağlı ŞOK YENİLİKLƏR - FOTOLAR-VİDEO

Avqustun 29-da gecə, 30-da isə gündüz saatlarında İsmayıllı rayonu ərazisində avtobus qəzalarının baş verməsi ilə bağlı ziddiyətli məlumatlar yayılıb. Bəzi məlumatlarda İsmayıllıda baş vermiş avtobus qəzasında iki ərəb turistin öldüyü bildirilsə də, Baş Dövlət Yol Polisi İdarəsi bildirir ki, bu məlumatlar həqiqətə uyğun deyil. Belə ki, İsmayıllı rayonu ərazisində - İsmayıllı-Muğanlı yolunda sərt döngədə «Hyundai» markalı avtobus aşıb. Avtobusda olan ərəb turistlərdən 3 nəfər xəsarət alıb.
Digər hadisə isə günorta saatlarında İsmayıllı Olimpiya İdman Kompleksinin qarşısında baş verib. Qəbələdən Bakı istiqamətində hərəkətdə olan, Qəbələ sakini, 1963-cü il təvəllüdlü İlqar Məmmədovun idarə etdiyi 36-BH-329 dövlət nömrə nişanlı, “Ford” markalı mikroavtobus qarşı tərəfdən gələn, Bakı sakini, 1968-ci il təvəllüdlü Fikrət Osmanovun idarə etdiyi 12-HD-146 dövlət nömrə nişanlı evakuatorla toqquşub. Hadisə zamanı mikroavtobusun sərnişinləri 1979-cu il təvəllüdlü Şəfiyeva Aybəniz Sabir qızı və 1982-ci il təvəllüdlü Talıbova Xəyalə Sabir qızı hadisə yerində ölüb, 10 yaşlı Paşayeva Həqiqət Vəfadar qızı, 14 yaşlı İsmayılova Nuhalə Məsud qızı və evakuatorın sərnişini, Tovuz rayon sakini, 1982-ci il təvəllüdlü Musayev Fuad Şəmil oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Xəsarət alanlar İsmayıllı Mərkəzi rayon Xəstəxanasına yerləşdiriliblər.
Avtosfer.az hər iki hadisə ilə bağlı ilginc məlumatlar əldə edib. Bildirilir ki, ərəb turistləri daşıyan sürücü avtobusun sükanı arxasında yuxalıdığı üçün qəza baş verib. Belə ki, sərt döngədə idarəetməni itirən sürücü avtobusu aşırıb.
İkinci qəzada isə olduqca dəhşətli anlar yaşanıb. Belə ki, Avtosfer.az-a daxil olan məlumata görə, İsmayıllı rayonu ərazisində «Bakcell» şirkətinin reklam lövhəsini quraşdırmaq üçün həmin lövhə evakuatora yüklənib. Lakin lövhə böyük olduğu üçün dirəkləri maşının yük yerindən kənara çıxıbmış. Məsuliyəətsiz sürücü avtomobili bu şəkildə idarə etməklə yükdaşıma qaydalarını pozub. Üstəlik, təhlükəli yük daşıması ilə bağlı hər hansı xəbərdarlıq vasitələrindən istifadə etməyib. Qarşıdan gələn «Ford» markalı mikroavtobusun sağ tərəfinə toxunan yük avtomobilinin üzərindəki reklam lövhəsinin dirəyi mikroavtobusun içərisinə girib. Dirək salondakı sərnişinlərdən ikisinin başını əzib. Onlar hadisə yerində keçiniblər.
Hər iki faktla bağlı araşdırma aparılır.
Elmin
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı

















