Banner

Azərbaycanda kiçik mühərrikli avtomobillərə maraq niyə çoxalıb? - VİDEO

Avtoxəbər 17 Fevral 2025 12:43 Oxunub 1362
Azərbaycanda kiçik mühərrikli avtomobillərə maraq niyə çoxalıb? - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ölkəmizdə mühərrik həcmi kiçik avtomobillərə maraq artıb.

Avtosfer.az xəbər verir ki, həm avtomobillərin satışı həm də ekspertlərin rəyi bunu təsdiq edir. Avtomobil məsələləri üzrə ekspert Eldəniz Cəfərov deyir ki, mühərrik həcmi kiçik avtomobillərə təlabatın artmasında bir çox səbəb var. Bunlardan biri də taksi fəaliyyəti üçün sahibkarların ölkəyə gətirdiyi avtomobillərdir. Taksi qiymətləri əvvəlki qədər aşağı olmadığından indi belə avtomobilləri gətirmək daha sərfəli olub.

Eldəniz Cəfərov deyir ki, sözügdən avtomobillərin satışının artasını əsaslandıran əsas amil isə qənaətcil olması yəni yanacağı az işlətməsidir.

Ekspert onu da əlavə edib ki, bu tendensiya  hələ bir müddət  davam edəcək.

Daha ətraflı videomaterialı təqdim edirik.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh