Azərbaycanda minik avtomobillərinin ən çox artdığı rayonlar - MƏLUM OLUB - SİYAHI

Azərbaycanda avtomobil sayında illik müqayisədə ən çox artım qeydə alınan şəhər və rayonların adları məlum olub. Avtosfer.az bu barədə Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə istinadən xəbər verir. Ümumilikdə, respublika üzrə avtomobillərin sayı bir il ərzində 94 934 ədəd və ya 5,5% artıb. Faiz artımına görə respublika lideri Qəbələ rayonu olub. Rayonda avtomobillərin sayı 1 651 ədəd artaraq 10,8%-lik yüksəliş göstərib. İkinci yerdə 10,7% artımla Yardımlı rayonu qərarlaşıb ki, bu da mütləq rəqəmlə 496 avtomobil deməkdir. Xocalı rayonu isə 271 avtomobil və ya 10,6% artımla üçüncü olub. Siyahıda növbəti yerləri Xızı rayonu (166 ədəd artımla 9,5%), Qobustan rayonu (495 ədəd artımla 9,4%) və Abşeron rayonu (3 123 ədəd artımla 9,3%) tutur. İlk onluqda həmçinin Lerik rayonu (587 ədəd artımla 9,2%), Samux rayonu (766 ədəd artımla 9,2%) və Qax rayonu (725 ədəd artımla 9,1%) yer alıb.
Maşını sürücüdən alıb özü sürdü - Piyadanın ayağını sındırıb 5 manatla yola saldı
Baş nazir bu avtomobillərlə bağlı QƏRAR VERDİ
“Yağ yeyən” maşına görə şirkət məhkəməlik oldu
İkinci əl avtomobillər nə qədər bahalaşacaq? - VACİB AÇIQLAMA
Alverçilərə pis xəbər — Maşında problem çıxsa...
Xaricdən avtomobil sifariş etmək istəyənlər üçün VACİB XƏBƏR
Bu şəxslər maşın sürərkən təhlükəsizlik kəməri taxmaya bilərlər
Yeni nəsil nəqliyyat vasitələrində gözlənilməz zəiflik aşkarlandı - Süni intellekt əsaslı ...
Avtomobil akkumulyatorunun ömrünü necə uzatmaq olar?
"BMW" və “Mercedes”lərin satışlarının qadağan edilməsi istənilir
Maşın nömrələrini gizlədən qurğu - Alanları hansı cəza gözləyir? - VİDEO










