Azərbaycanda ölümlə nəticələnən ağır qəzadan anbaan VİDEO yayıldı

Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Pirşağı-Mehdiabad yolunda qeydə alınıb. Pirşağı qəsəbə sakini, 1965-ci il təvəllüdlü Allahverdi Məmmədov idarə etdiyi “Daewoo” markalı minik maşını İlham Əhmədovun idarə etdiyi “Daewoo” markalı 179 saylı xətt avtobusu ilə toqquşub. Nəticədə A. Məmmədov hadisə yerində ölüb, sərnişinləri - həyat yoldaşı İnarə Məmmədova və qızı, 1993-cü il təvəllüdlü Qumru Məmmədova xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
***
Xəbər verdiyimiz kimi, dünən səhər saatlarında Bakının Pirşağa qəsəbəsində ölümlə nəticələnən yol qəzası baş verib. Avtosfer.az-ın məlumatına görə, «Daevoo» markalı minik avtomobili 179 nömrəli avtobusla toqquşub. Qəza nəticəsində avtomobilin Allahverdi adlı sürücüsü hadisə yerində ölüb. Taksi kimi istifadə olunan minik avtomobilində olan gənc qadın isə başından xəsarət alıb. Yaralıya hadisə yerində ilkin yardım göstərilib. Avtobusda olan sərnişinlər arasında xəsarət alan olmayıb.
Hadisənin baş verməsinin səbəbləri araşdırılır. Sosial şəbəkələrdə qəzanın real videosu yayılıb. Avtosfer.az-ın məlumatına görə, videoda qəzanın hansı şəraitdə baş verdiyi açıq-aydın əksini tapıb. «Daevoo» markalı avtomobil ötmə əməliyyatı aparır. Həmin avtomobil qarşı yola çıxaraq sürətlə hərəkət edir. Bu zaman «Mercedes» markalı avtomobil də qarşı yola çıxaraq ötmə əməliyyatı aparır. Hər iki avtomobilin sürəti yüksək olduğu üçün «Mercedes» ikinci dəfə ötmə əməliyyatı apararkən «Daevoo»nu sağa sıxır və ötüb gedir. «Daevoo» isə ikinci ötmə əməliyyatına çıxa bilmir və qarşıda dayanmış avtobusla toqquşur. Sürət yüksək olduğu üçün maşının ön tərəfi əzilib və sürücü yerindəcə keçinib.
Göründüyü kimi, qəzaya səbəb qarşı yola çıxmaqla ötmə əməliyyatı aparmaq və sürəti aşmaqdır. «Mercedes»in sürücüsü birinci ötmə əməliyyatı zamanı qarşıdan gələn avtomobilə qəza şəraiti yaradır, ikinci əməliyyat zamanı isə «Daevoo»nu sağa sıxaraq onu qəzaya uğradır. Ətrafdakı insanlar dərhal köməyə gəlsə də, sürücünü xilas etmək mümkün olmur…
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Elmin
Dizel mühərrikli avtomobillərlə bağlı AÇIQLAMA
Payızdan avtomobillər bahalaşa bilər - AÇIQLAMA
Yay istirahəti başa çatdı - AVTOMOBİLDƏ BUNLARI EDİN
Azərbaycana idxal olunan minik avtomobillərinin sayı niyə azalıb? - AÇIQLAMA - FOTO
Avtonom və tam avtomat idarəetmə: Sürücü məsuliyyətdən azad edilmir
Maşın alarkən sizi belə aldadırlar: Alıcıların çoxu bu detalı görmür
Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırıla bilər
Şinlərin təzyiqi öz-özünə arta bilərmi?
Avtomobilə qaz balonu quraşdırmaq hansı halda təhlükəli ola bilər? - AÇIQLAMA
Avtomobil sahibi olanların NƏZƏRİNƏ: YENİ QAYDALAR
Azərbaycanda bəzi avtomobillərə xüsusi nişanlar vurulacaq - AÇIQLAMA - FOTO










