Azərbaycanda quraşdırılan radarların sayı açıqlandı

DİN Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov yol polisinin gördüyü işlərdən və qarşıda duran vəzifələrdən danışıb. Avtosfer.az-ın məlumatına görə, general deyib ki, hesabat dövründə DYP hissələrinin, stasionar postların, patrul avtomobillərinin, qeydiyyat-imtahan məntəqələrinin və diaqnostika mərkəzinin «Mərkəzi informasiya sistemi»nə birbaşa inteqrasiyası başa çatıb, avtomobil yollarında foto-video qeydiyyat funksiyalı texniki vasitələrlə yol hərəkətinə nəzarət sahəsi genişləndirilib, şəhərlərarası avtomobil yollarında 154 nöqtədə 206 radar, 175 nöqtədə 595 ədəd videokamera quraşdırlıb. İnzibati xəta törətmiş şəxslərə özlərinin iştirakı olmadan elektron protokolların tərtib edilməsi və inzibati protokolların bort kompyuterlərdə yazılması, icraatının aparılması, müvafiq məlumatların dərhal “Asan xidmət” mərkəzinə ötürülməsi, vətəndaşlara SMS məlumatların göndərilməsi, habelə barələrində olan inzibati protokollar, cərimlər, qərarlar və s. haqqında onların internet vasitəsilə məlumat ala bilmələri üçün şərait yaradılıb. Eləcə də, ölkə ərazisinə idxal edilən nəqliyyat vasitələrinin dövlət qeydiyyatı ilə əlaqədar prosedurların «bir pəncərə» prinsipi əsasında həyata keçirilməsi təmin edilib. Hesabat dövründə 32.721 avtomobil ilkin qeydiyyata alınıb, respublikanın avtomobil parkının sayı 1 milyon 338 mindən artıq olub.
Elmin
W16 mühərrikli “Bugatti”lərin istehsalı dayandırıldı - FOTOLAR
“Niva”nın yeni mühərriklə istehsalı başladı
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - Bazarda CİDDİ UCUZLAŞMA - VİDEO
Qaydaları ən çox bu avtomobillərin sürücüləri pozur - SİYAHI
Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?
İkinci əl avtomobillər niyə yenidən bahalaşır?
Sürücüləri narahat edən cəza mexanizmi dəyişir? - AÇIQLAMA
Benzin mühərriklər tarixə qovuşmur: istehsalçılar texnikanı təkmilləşdirir
Yay aylarında avtomobil yanğınları niyə daha çox baş verir? - USTA
Bakıda bu avtomobillərə təlabat azaldı - Qiymətlər enəcək?
Minlərlə avtomobil təcili servislərə geri çağrılır - Yanğın riski var










