Azərbaycanda sürət həddi ilə zarafatlaşıb sürücüləri təhlükəyə atırlar - FOTO

İlkin adlı oxucumuz Avtosfer.az saytına maraqlı foto göndərib. Bildirib ki, foto Bakı-Gencə yolunun Goranboy rayonu ərazisindən keçən hissəsində çəkilib. Oxucu bu yolda quraşdırılan yol nişanlarını «mənasız nişanlar» adlandırıb. Əgər orada həqiqətən də belə nişanlar varsa, oxucu tamamilə haqlıdır. Çünki fotodan da göründüyü kimi, 110 km/saat sürət həddini göstərən yol nişanından təxminən 20 metr irəlidə həmin nişanın qüvvədən düşdüyünü bildirən başqa bir yol nişanı qoyulub. Yol hərəkəti qaydalarından və yol hərəkəti təhlükəsizliyindən anlayışı olmayan adam da bilir ki, 110-la gedən avtomobili 20 metrdən sonra 60-70-ə salmaq olmur. Çünki fotodan göründüyü kimi, həmin nişandan sonra yaşayış məntəqəsi var və çox güman ki, sürət 60-a salınır. 110 km/saat sürəti göstərən nişanı həmin sürətlə keçəndən 10 metr sonra tormoz verən avtomobil ya aşacaq, ya da həmin nişanı qüvvədən salan nişanı ötüb keçərək ən azı 50 metr irəlidə dayana biləcək.
Bu nişanların belə vəziyyətdə tətbiqi olduqca təhlükəlidir. Çünki onlar ağır qəzalara səbəb ola bilər. Sürəti qəfil aşağı saldıqda avtomobil ya idarəetmədən çıxır, ya da arxadan gələn avtomobillərlə toqquşma baş verir. Ona görə də, ümid edirik ki, aidiyyatı qurumlar bu və bu kimi digər nişanlarla bağlı dərhal tədbir görməlidir.
Elməddin
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR














