Azərbaycanda toy karvanı qəzaya düşdü - Yaralananlar var

Gəlin aparan avtomobil karvanındakı maşınlardan biri qəzaya düşüb, iki nəfər xəsarət alıb. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə bu gün günorta saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun 21-ci kilometrliyində, Şəki rayonu ərazisndən keçən hissəsində baş verib. Mingəçevir şəhərindən Şəkinin Kiçik Dəhnə kəndinə gəlin aparan avtomobil karvanında olan və rayonun Kiçik Dəhnə kənd sakini, 1992-ci il təvəllüdlü Məhəmməd Uğurəliyev iradə etdiyi “Mersedes” markalı 10 LZ 180 dövlət nömrə nişanlı maşının idaetməsini itirərək aşırıb. Qəzadan sonra sürücü M.Uğurəliyev xəsarət almasa da, maşında olan sərnişinlər, onun həmkəndliləri 1988-ci il təvəllüdlü Xəzri İntizam oğlu Sədrəddinov və 1988-ci il təvəllüdlü Yusif Elxan oğlu Yusifzadə aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıblar.
Şəki MRX-dan bildirilib ki, yaralılardan X.Sədrəddinovun vəziyyəti qismən ağır olduğu üçün reanimasiya şöbəsinə, Y.Yusifzadə isə cərrahiyə şöbəsinə yerləşdirilib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA












