Azərbaycanda vəkil avtomobil qəzasına düşdü; məhkəmə təxirə salındı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən İlqar Teyfurovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Əbülhəsən Əmirovun məhkəməyə gəlmədiyi məlum olub. Hakim bildirib ki, müdafiəçi Şamaxı rayonundan Bakıya gələrkən avtomobil qəzasına düşüb.
Məhkəmənin növbəti iclası sentyabrın 7-dək təxirə salınıb.
Ə.Əmirov "Report"a açıqlamasında bildirib ki, Bakı-Şamaxı yolundan Bakı istiqamətinə gələn zaman "Chevrolet" markalı avtomobil onun idarə etdiyi "Daewoo Gentra" markalı avtomobillə toqquşub: "Ciddi xəsarət almamışam. Digər sürücünün də səhhəti normaldır. Avtomobillərimizə isə ciddi ziyan dəyib. Hadisə yerinə sığorta şirkətinin əməkdaşlarını çağırdıq".
Qeyd edək ki, bu il aprelin 28-də saat 01:00 radələrində Şamaxı şəhərinin girişində şəhər sakini İ.Teyfurovun idarə etdiyi "VAZ-21214" və Bakı şəhər sakini Nazim Manafovun idarə etdiyi "Wolksvagen" markalı avtomobillər toqquşub. Nəticədə İ.Teyfurovun sərnişini, həmyerlisi Ramin Nəsirov hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.
İ.Teyfurovun barəsində polisin nəzarəti qətimkan tədbiri seçilib.
O, Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham olunur.
Xatırladaq ki, Ə.Əmirov Şamaxı rayonunda Hüquq Məsləhətxanasında çalışır.
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?












