Azərbaycanda xoruldayanlar avtomobil sürə bilməyəcək? - Tibbi müayinədə yenilik

"Xoruldayan insanların çoxu oksigen qəbul edə bilməyən, yəni hipoksiya (oksigen azlığı) olan insanlardır". Avtosfer.az xəbər verir ki, bunu metbuat.az-a açıqlamasında qulaq-burun-boğaz həkimi İlqar Əzimov deyib. Onun sözlərinə görə, yuxuda xoruldayan insanlar axşam rahat yata, dərin yuxuya gedə bilmir, ona görə də sükan arxasında yuxulamağa meyilli olur. Belə insanların qəza törətmə ehtimalları da daha yüksəkdir. "Xoruldamağı əmələ gətirən səbəblər müxtəlifdir. Burun çəpəri əyriliyi, burun polipləri, ağzın içərisində yumşaq damarın sallanması, köklük, allergik rinit, burun balıqqulaqların hipertrafiyası xoruldamağa səbəb olur. Belə problemi olan insanlar mütləq həkim müayinəsindən keçməlidir".
Azərbaycanda sürücülük vəsiqəsi alanlara tibbi arayış verilərkən bu məqam nəzərə alına bilərmi?
Məsələylə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə Bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədovun mövqeyi isə belə olub: "18 yaşı tamam olmuş, fiziki cəhətdən tam sağlam olan, avtomobil kurslarında müvafiq müddətdə təhsil almış, əyani və praktiki imtahanları yüksək səviyyədə verənlər sürücülük vəsiqəsi ala bilir. Ümumiyyətlə, maşın idarə edən vətəndaş tibbi cəhətdən sağlam olmalıdır. Qaldı ki, xoruldamağa, əgər bir insan xoruldayırsa, deməli onun nəfəs yollarında problem var. Bu problem həkimin köməyi ilə aradan qaldırılmalı, daha sonra sükan arxasına keçmək lazımdır. Gələcəkdə tibb komissiyasının məsələ ilə bağlı nə qərar verəcəyi haqqında heç nə deyə bilmərəm”.
Niyə bir çox avtomobildə maksimal sürət 250 km/saatdır?
Avtomobil bazarında KƏSKİN UCUZLAŞMA - “Maya dəyərindən də aşağı satılır”
Azərbaycanda Çin maşınları bahalaşacaq? - Yeni tarif tətbiq edilib
Çin avtomobillərində detal problemi: VİN nömrə düzgün nəticəyə zəmanət deyil
"VAZ-2107"də işindən bixəbər olduğumuz cihaz - FOTO
92 oktanı 95-ə “çevirən” həblərin satışında rekord artım
İsti havada maşının qızmasının qarşısını almaq üçün NƏ ETMƏLİ?
Azərbaycanda hansı avtomobillər bahalaşacaq? - İdxalın azalması bazarı dəyişdirir
Yaponiyanın üç iri avtomobil şirkəti birləşir?
İsti avtomobili saniyələr içində necə sərinlətmək olar?
"Nissan"ın bu modellərində problem yarandı: 600 mindən çox maşın geri çağırılır










