Azərbaycanda yol qırğını - Beş ayda 242 nəfər ölüb - VİDEO

Baş Dövlət Yol Polisi İdarəsi ötən 5 ay ərzində baş verən qəzaların statistikasını açıqlayıb. Rəqəmlərdə ötən illə müqayisədə 14 faiz azalma var. Avtpsfer.az-ın məlumatına görə, polisin araşdırmaları qəzaların daha çox hansı səbəbdən baş verdiyini də üzə çıxarıb. Belə ki, beş ayda 732 qəza baş verib, nəticədə 242 nəfər ölüb. Baş Dövlət Yol Polisi İdarəsinin apardığı araşdırmalar qəzaların daha çox hansı səbəbdən baş verdiyini də ortaya çıxarıb. Belə ki, qəzaların ən çox hissəsi- 42.7 faizi piyadaların payına düşür. Piyada vurulmalarından sonra ikinci yerdə ötmə və qarşı hərəkət zolağına keçmə dayanır. Qəzaların 38.3 faizi məhz bu səbəbdən baş verib. Avtomobili sərxoş şəkildə idarə etməyə görə qəza törədilməsi əhəmiyyətli dərəcədə aşağı düşüb. Bu, sərxoşluğa görə cərimələrin artırılması ilə bağlıdır. Bundan əlavə sürət həddini aşmağa görə baş verən qəzalar da təxminən 20-25 faiz azalıb. Bu isə yollarda quraşdırılan radarların sayının artırılması ilə bağlıdır.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












