Azərbaycanın avtomobil idxalına çəkdiyi xərc son 5 ilin maksimumuna çatıb - ARAŞDIRMA

Azərbaycanın avtomobil idxalına çəkdiyi xərc son 5 ilin maksimumuna çatıb.
Təkcə bu ilin yanvar-sentyabr aylarında Azərbaycana ümumilikdə 1,6 milyard dollar dəyərində 85 257 ədəd avtomobil idxal olunub.
Avtosfer.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 18.972 ədəd çoxdur.
Araşdırmalara görə, bu, 2020-ci ilin yanvar-sentyabr dövründən bəri ən yüksək idxal dəyəridir.
Ümumillikdə, son 5 ilin 9 ayı ərzində Azərbaycan avtomobil idxalına bu qədər xərc çəkib:
İllər
İdxal dəyəri
2020
462,6 milyon dollar
2021
659,5 milyon dollar
2022
743,9 milyon dollar
2023
1,20 milyard dollar
2024
1,26 milyard dollar
2025
1,6 milyard dollar
Beləliklə, bu ilin 9 ayı ərzində Azərbaycanın avtomobil idxalına çəkdiyi xərc son 5 ilin maksimumuna çatıb. Bu göstərici 2020-ci illə müqayisədə 3,4 dəfə artıb.
Ümumillikdə son 5 ildə Azərbaycan avtomobil idxalına 5,9 milyard dollar vəsait xərcləyib.
Avtomobil satanlar artıq bunuda nəzərə almalıdır - YENİLİK NƏLƏRİ DƏYİŞİR?
Sürəti azaltmaq kifayət etmir: Sürücülərin ən çox cərimələndiyi nişan - VİDEO
Yeni vəsiqə alan sürücülərə bu avtomobilləri sürmək QADAĞAN EDİLƏ BİLƏR
"Chery" şirkətinin baş direktoru buna görə üzr istədi - FOTO
Avropada elektromobil satışında qeyri-bərabərlik
Azərbaycanda bu maşınlar yığışdırılır – Sahiblərini nə gözləyir?
Benzin və dizel maşın sürənlərin NƏZƏRİNƏ: XƏBƏRDARLIQ
Saatlarla avtomobildə vaxt keçirənlərə pis xəbər!
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı












