Azərbaycanlı məşhur QƏZƏBLƏNDİ: "Taksidəki bu "bezpredel"ə kim "krışa"lıq edir?"

Tanınmış səyyah Azər Qərib paytaxt yollarındakı özbaşınalıqdan qeyzlənib. Avtosfer.az xəbər verir ki, Azər Qərib bu barədə sosial şəbəkə hesabında paylaşım edib. O, taksi fəaliyyətilə məşğul olan əksər sürücülərin naşı olduğunu və insanların həyatını təhlükəyə atdıqlarını bildirib: “Əməkdaşımızın şəxsi avtomobilini “Prius” taksi vurdu, sürücünün sürücülük vəsiqəsi yox, icbari sığortası yox.
Bu günlərdə isə şirkətimizin xidməti avtomobilini yenə də “Prius” taksi vurdu və yenə də sürücünün nə sürücülük vəsiqəsi var idi, nə icbari sığortası.
Mənim sığortamın vaxtı çatanda SMS əlindən tərpənmək olmur, bir dəfə sığortasız sürdüm, “paçka” ilə cərimə gəldi, kamera dərhal çəkir.
Bəs necə olur ki, bunları çəkmir kameralar? O kameraları kim söndürür bunlar üçün?
Bunlar yollarda nəyə görə özlərini bu qədər arxayın hiss edirlər?
Dünən Azadlıq prospektində yolu keçirdik nəvəmlə, az qala uçurtmuşdu bizi qırmızıda keçən “Yango”dur, nədir, o.
Bu “bezpredel”ə kim ‘krışa”lıq edir, kim göz yumuzdurur, kim bunlara qayda pozmaq üçün mandat verib?
Maraqlı, lakin cavabsız suallardır…”.
Azərbaycanda avtomobillər bahalaşa bilər - VİDEO
Çin avtomobili almaq istəyənlərin nəzərinə! - Qiymətlər bu qədər artacaq
Azərbaycan avtomobil idxalında tarixi zirvəyə çatdı - STATİSTİKA - FOTO
"VAZ" avtomobilləri üçün yeni disklər - FOTO
"BYD" milyardlıq vədlərini yerinə yetirmir
Xaricdən avtomobil gətirənlərin sayı niyə kəskin azalıb? - VİDEO
Dünyada ən çox tıxac olan şəhərlər açıqlandı - SİYAHI
Yeni tip batareya elektromobildən uzunömürlü ola bilər - Natrium əvəzinə litium
Çin yarım sükanlı avtomobilləri qadağan etdi
Sosial yardım alan şəxs yarım milyonluq “Ferrari” sürürmüş
Maşın almaq istəyənlərə BƏD XƏBƏR — Apreldən qaydalar dəyişir










