“Azparking”dən kimlər ödənişsiz istifadə edə bilər? - QAYDALAR

Son günlərdə ödənişli parklanma yerlərindən istifadə olduqca aktualdır. Belə ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə ölkə ərazisində parklanma yerləri yaradılıb və zonalar üzrə tariflər müəyyən edilib. Ödənişlərin sistemliliyini və rahatlığını təmin etmək məqsədilə “Azparking” sistemi istifadəyə verilib.
Vətəndaşları maraqlandıran əsas sual isə bu parkinq yerlərinin yaxınlığında yaşayan sakinlərin, həmçinin bu ərazidə fəaliyyət göstərən müəssisələrdə çalışan işçilərin belə ödəniş etməli olub-olmamasıdır.
Parkinq xərci
Məsələnin bu aspektdən tənzimlənməsi olduqca vacibdir, çünki parklanma yerləri kimi nəzərdə tutulmuş ərazilərdə fəaliyyət göstərən iş yerlərinin işçiləri həmin parklanma yerlərindən uzun müddət istifadə etməli olurlar ki, bu da onlar üçün olduqca yüksək xərclərə səbəb olur. Mövcud tarifləri nəzərə alsaq, Bakıda işləyən şəxsin günlük parkinq ödənişi 3-8 manat olur ki, bu da aylıq 50-160 manat parkinq xərci deməkdir.
“Yol hərəkəti haqqında” qanuna əsasən, parklanma yerləri təşkil edildiyi avtomobil yollarının kənarlarında yerləşən evlərdə və ya binalarda yaşayan minik avtomobillərinin istifadəçiləri üçün pulsuz parklanma yerləri ayrılır və onlara nəqliyyat vasitəsinin istifadəçisi, markası, dövlət qeydiyyat nişanı, parklanma ərazisi və etibarlıq müddəti göstərilməklə fərdi parklanma talonu verilir. Göründüyü kimi, parklanma ərazilərindən istifadə üçün sakinlərə güzəşt nəzərdə tutulub.
Sakinlər üçün güzəşt
Məsələ ilə bağlı əsas problem isə sakinlər üçün belə güzəştdən həmin ərazidə fəaliyyət göstərən iş yerlərinin və onların işçilərinin məhrum olmasıdır. Belə ki, qanunvericilikdə həmin parklanma yerlərinə yaxın ərazilərdə fəaliyyət göstərən müəssisələrin işçiləri üçün nəinki belə talonların verilməsi, ümumiyyətlə, hər hansı güzəşt nəzərdə tutulmayıb.
Bununla bağlı hüquqlarını müdafiə etdiyimiz şəxslə əlaqədar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə ünvanladığımız müraciətimizə də məhz bu əsasla imtina cavabı verilib.
Bərabərlik prinsipi
Güzəşt tətbiq olunarkən həmin ərazidə yaşayan sakinlərin nəzərə alınıb ərazidə fəaliyyət göstərən iş yerlərinin nəzərə alınmaması olduqca absurddur və qanunvericiliklə, xüsusən də bərabərlik prinsipi ilə ziddiyyət təşkil edir. Belə ki, Konstitusiyamızın 25-ci maddəsinə əsasən, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir.
Aidiyyatı dövlət orqanları tərəfindən məsələnin gələcəkdə düzgün tənzimlənməsi istiqamətində addımlar atılacağına ümid edirik.
valyuta.az
Cərimə ballarının ləğvi və 30-a qaldırılması Milli Məclisdə müzakirəyə çıxarıldı - ŞAD XƏBƏR
Avropalı ekspert: çinli istehsalçılar yaponların yolu ilə gedirlər
Sovetin əfsanəsi geri döndü: yeni “Volqa” fantastik qiymətə satışda - FOTO
Təkər əyriliyinə görə yaranan problemlər
Etibarnamə ilə alınan avtomobillərlə bağlı VACİB XƏBƏRDARLIQ
“Toyota”nın saxta transmissiyası
İndiyə kimi neçə avtomobil utilizasiyaya verilib? – RƏSMİ AÇIQLAMA
Sürücüsüz avtomobillərlə bağlı TƏLƏBLƏR müəyyənləşir - Hansı hallarda İCAZƏ VERİLƏCƏK?
Elektromobillər daha az sürülür
Avtomobil sahiblərini gözləyən YENİ XƏRCLƏR – Rekord bahalaşma yaxınlaşır
Azərbaycana avtomobil idxalı azalıb: Qiymətlər bahalaşacaq?










