Bakı aeroportuna gedənlər itlərlə yoxlanılır

Türkiyənin Atatürk Hava Limanında 36 nəfərin həlak olması, 140-dan çox insanın yaralanması ilə nəticələnən terror hadisəsindən sonra Bakıda Heydər Əliyev Hava Limanında da təhlükəsizlik tədbirləri gücləndirilib. Avtosfer.az anstv-yə istinadən məlumatına görə, Daxili İşlər Naziliyinin əməkdaşları hava limanı ərazisinə daxil olan bütün maşınları xüsusi təlim görmüş itlərlə yoxlamadan keçirir.
Xarici uçuşların həyata keçirildiyi terminalda uçuş üçün biletləri olmayan şəxslərin binaya daxil olmasına icazə verilməyib. Hətta yaxınlarını qarşılamaq istəyənlər də hava limanına buraxılmayıb. Hava limanına yalnız sərnişinlər bilet və xarici pasport təqdim edildikdən sonra buraxılır.
Bu cür ciddi yoxlamalar bir neçə gün davam edəcək və yaxınlarını qarşılamaq istəyən insanlar belə içəri buraxılmayacaq.
İstanbuldan Bakıya Bakı vaxtı ilə saat 14:00 da 2 təyyarənin uçacağı planlaşdırılır. Onların saat 17:00-da Bakıya çatacağı gözlənilir. Lakin təhlükəsizlik tədbirləri ilə əlaqədar uçuşlarda gecikmələrin baş verməsi mümkündür.
Heydər Əliyev adına Hava Limanında təhlükəsizlik tədbirləri gücləndirilib
Ötən gün baş verən terror aktından sonra Türkiyənin İstanbul şəhərində insanlar təşvişdədirlər. Türkiyə müxbiri Pərviz Sultansoyun məlumatına görə, Atatürk hava limanında baş verən terror hadisəsindən sonra insanlar hələ də özlərinə gələ bilməyiblər və qorxu içərisindədirlər.
Rəsmi məlumatlara görə, ölü sayı 36 nəfərdir. Türkiyə hökuməti şəhərdə panika yaranması və yenidən terror aktının baş verəcəyini nəzərə alaraq xəbərlərin verilməsinə yayım qadağası qoyub.
Hazırda Atatürk hava limanında təhlükəsizlik ən yüksək dərəcədədir, polislər növbəti hadisənin baş verməməsi üçün əllərindən gələni edirlər.
92 oktanı 95-ə “çevirən” həblərin satışında rekord artım
İsti havada maşının qızmasının qarşısını almaq üçün NƏ ETMƏLİ?
Azərbaycanda hansı avtomobillər bahalaşacaq? - İdxalın azalması bazarı dəyişdirir
Yaponiyanın üç iri avtomobil şirkəti birləşir?
İsti avtomobili saniyələr içində necə sərinlətmək olar?
"Nissan"ın bu modellərində problem yarandı: 600 mindən çox maşın geri çağırılır
PPF örtüyü avtomobil boyasını nə dərəcədə qoruyur? – VİDEO
Ölkəyə nə qədər elektrik və hibrid avtomobil idxal edilib? - DGK sədri açıqladı - VİDEO
“Maserati” milyardlıq elektromobil layihəsini dayandırdı
Gömrükdə nəqliyyat vasitələrinin yoxlanılması sinxron həyata keçiriləcək - YENİ QƏRAR
Kondisioner işləyərkən pəncərəni açmaq olarmı?










