Bakı küçələrində şütüyən milyonluq avtomobillər - VİDEO

Bakı küçələrində şütüyən bahalı avtomobillərin görüntüsü yayılıb. Avtosfer.az-ın baku.ws-ə istinadən məlumatına görə, "Lamborghini Aventador" və "Ferrari 458 Speciale" model avtomobillərin dövlət nömrə nişanları da avtomobillər qədər diqqət çəkir.
"Lamborghini Aventador" modelinin mühərriki 700 a.g.-dir. "Aventador” 100 km/s sürətini 2,9 saniyəyə yığır. Bu modelin qiyməti təxminən 650.000 dollardır (968 min AZN).
"Ferrari 458 Speciale" isə 458-cilər ailəsinin ən dinamik, güclü və idman modelidir. İki nəfərlik "Speciale" 605 a.g. və 540 Nm fırlanma anı hasil edən 8 silindrli 4,5 litrlik mühərriklə təchiz edilib. Bu mühərrik Ferrari-nin bütün tarixi ərzində ən güclü atmosfer V8 mühərriki olmaqla bərabər, həm də xüsusi gücün (135 a.g./1 l) göstəricisi üzrə dünyada ən yaxşı yol atmosfer mühərrikidir. Bu mühərrik yüngül 458 Speciale (cəmi 1290 kq) modelinə 3 saniyə ərzində 100 km/saata qədər sürətini artırmağa, 325 km/saatdan çox maksimal sürət qazanmağa imkan verir.
Ferrari 458 Speciale Avropa qiymətinin 330 000 dollardan (491 min AZN) az olmayacağı ehtimal edilir.
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










