Bakı Limanı ilə Bolqarıstan arasında memorandum imzalanıb - FOTO

Bu gün Bakıda keçirilən Azərbaycan-Bolqarıstan iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının iclası çərçivəsində “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC (Bakı Limanı) ilə Bolqarıstan Limanlar İnfrastrukturu Şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.
Bakı Limanından Avtosfer.az-a daxil olan məlumata görə, sənədi Bakı Limanının baş direktoru Taleh Ziyadov və Bolqarıstan Limanlar İnfrastrukturu Şirkətinin baş direktoru Angel Zabourtov imzalayıblar. Memoranduma əsasən, iki qurum arasında əməkdaşlıq genişlənəcək və təcrübə mübadiləsi həyata keçiriləcək. Bununla yanaşı, memorandum liman idarəçiliyi, həm də liman heyətinin təlim və tədrisi sahələrində əməkdaşlıq və təcrübə mübadiləsini ehtiva edir.
Bolqarıstan Limanlar İnfrastrukturu Şirkəti liman infrastrukturunun idarə edilməsi, tikintisi, bərpa edilməsi, liman akvatoriyaların və kanalların salınması, dövlət və mühüm strateji əhəmiyyətə malik olan limanların təhlükəsizliyinin təmin edir.
Qeyd edək ki, yeni Bakı Limanı Azərbaycanın tranzit imkanlarının reallaşdırılması baxımdan əhəmiyyətlidir və limanın tikintisinə böyük həcmdə investisiya yönəldilib. Yeni Bakı Limanı Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin vacib iştirakçısıdır, bu da öz növbəsində Bolqarıstan üçün Mərkəzi Asiyaya çıxış baxımından maraqlıdır.
Xatırladaq ki, 2015-ci ildə Bakı Limanı, Batumi Dəniz Limanı və Aktau Limanı arasında məqsədi Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) üzrə Əlaqələndirmə Komitəsinin təsis edilməsi və Trans-Xəzər Nəqliyyat Dəhlizi vasitəsilə əlavə yük axınını cəlb etməkdən ibarət olan üçtərəfli Anlaşma Memorandumu imzalanıb. Bu ilin yanvarında isə Bakıda keçirilmiş dördtərəfli görüşdə Ukrayna da Trans-Xəzər marşrutuna qoşulub.
Həmçinin, Bakı Limanı son illərdə Antverpen, Panama, Aktau və Poti limanları ilə Anlaşma Memorandumları imzalayıb, Qətər və Sinqapur limanları ilə əməkdaşlığa başlayıb.
Sovetin əfsanəsi geri döndü: yeni “Volqa” fantastik qiymətə satışda - FOTO
Təkər əyriliyinə görə yaranan problemlər
Etibarnamə ilə alınan avtomobillərlə bağlı VACİB XƏBƏRDARLIQ
“Toyota”nın saxta transmissiyası
İndiyə kimi neçə avtomobil utilizasiyaya verilib? – RƏSMİ AÇIQLAMA
Sürücüsüz avtomobillərlə bağlı TƏLƏBLƏR müəyyənləşir - Hansı hallarda İCAZƏ VERİLƏCƏK?
Elektromobillər daha az sürülür
Avtomobil sahiblərini gözləyən YENİ XƏRCLƏR – Rekord bahalaşma yaxınlaşır
Azərbaycana avtomobil idxalı azalıb: Qiymətlər bahalaşacaq?
Sürücülərin NƏZƏRİNƏ: Mühərrik yağları kəskin bahalaşdı - VİDEO
Sürücülərin bal limiti artırılır, bəzi cərimə balları ləğv edilir - ŞAD XƏBƏR - VİDEO













