Bakı-Qazax yolunda yük maşını aşdı, ölən var - FOTO-VİDEO
Avtoxəbər
12 Mart 2016 11:49

Meyiti sıxılmış sərnişin FHN-in xilasediciləri tərəfindən çıxardılaraq aidiyyəti üzrə təhvil verilib
Hacıqabulda baş verən yol qəzasında bir nəfər ölüb. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə səhər saatlarında Bakı-Qazax magistralının 105-ci kilometrliyində, Hacıqabul rayonunun Qızılburun kəndi ərazisində qeydə alınıb. "KAMAZ" markalı 22 BC 360 dövlət nömrə nişanlı avtomobil aşaraq dəmir səddə çırpılıb. Nəticədə avtomobildə olan sərnişin Goranboy rayon sakini 1988-ci il təvəllüdlü Hüseynov Elvin Rabit oğlu dünyasını dəyişib. Avtomobildə meyiti sıxılmış sərnişini FHN-in Hacıqabul Yanğından mühafizə xidmətini xilasediciləri tərəfindən xüsusi avadanlığın köməyi ilə çıxardılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı BDYPİ-də araşdırma aparılır.
Oxunub : 3407
DİGƏR XƏBƏRLƏR
19 Oktyabr 2026 20:59
Ən az enerji sərf edən elektromobil bəlli oldu
19 Oktyabr 2026 17:09
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
19 Oktyabr 2026 15:16
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
18 Oktyabr 2026 11:56
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
16 Oktyabr 2026 20:57
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
16 Oktyabr 2026 19:30
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
16 Oktyabr 2026 16:48
Elektromobillər tıxacların artmasına səbəb olur?
15 Oktyabr 2026 22:13
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
14 Oktyabr 2026 17:48
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
14 Oktyabr 2026 14:41
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
13 Oktyabr 2026 19:27
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
13 Oktyabr 2026 14:23
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
ŞƏRH YAZ
















