Bakı-Quba yolunda avtomobili 320 ilə sürən kimdir? - VİDEO

Saatda 320 km sürətlə maşın sürür, həm də gecə vaxtı... İlk baxışdan hansısa Formula 1 yarışını xatırlatsa da, görüntülər Bakı-Quba yolunda çəkilib. Maşını sürətlə idarə edərək həyatını təhlükəyə atmağı azmış kimi bir əli ilə də bunu telefonla çəkir. Son zamanlar internetdə belə görüntülərin sayı həddindən çox artaraq təhlükəli bir trendə çevrilib. Bu cür videoları izləyib bəyənənlər, paylaşanlar ən pisi isə özü də yoxlayan minlərlə insan var. Belə videolar adətən şəhər içi yolların boş olduğu gecə vaxtları və avtomagistrallarda çəkilir.
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov bu cür maşın idarə edənlərin sonunun heç yaxşı olmadığını deyir.
Maraqlısı burasındadır ki, "trend"ə uyub "Yol hərəkəti haqqında" qanunun eyni vaxtda bir neçə bəndini kobud şəkildə pozan bu şəxslərin əksəriyyəti isə yeniyetmə və gənclərdir.
Məsələ ilə bağlı açıqlama verən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bu cür halların artdığını etiraf edir. Onun sözlərinə görə, həmin şəxslər inzibati məsuliyyət daşıyır və belə hallar araşdırılaraq müəyyən edildikdə müvafiq tədbirlər gördülür.
Ppolisin və kameraların nəzarətindən kənar yerdə bu cür adrenalin həvəskarlarının axırı isə heç də yaxşı olmur. Elə sonu dəhşətli bitən bu videodakı gənclər kimi.
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA












