Bakı-Quba yolunda kabus dolaşır: daha bir qəzada 3 yaralı var

Dünən axşam saatlarında Bakı-Quba yolunun 47-ci km-də iki avtomobil toqquşub. Avtosfer.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Bakı şəhər istiqamətində olan paytaxt sakini 55 yaşlı Salman Orucovun idarə etdiyi 90 CF 600 dövlət nömrə nişanlı “Lexus” markalı avtomobil eyni istiqamətdə hərəkətdə olan Sumqayıt şəhər sakini 60 yaşlı Xəlil Abbasovun idarə etdiyi 90 KG 869 dövlət nömrə nişanlı “Mitsubishi” markalı avtomobillə toqquşub. Hər iki avtomobil yol kənarına aşıb. Toqquşmadan sonra avtomobillərdən biri yolun kənarı ilə hərəkətdən edən velosipedçiyə dəyib. Qəza nəticəsində avtomobillərdə olan iki sərnişin 55 yaşlı paytaxt sakini İlqar Səfərov, 47 yaşlı Gülnaz Cəbrayılova həmçinin velosipedçi Sumqayıt şəhər sakini 46 yaşlı Nəriman Abbosov xəsarət alıb. Onlar dərhal Sumqayıt şəhər mərkəzi xəstəxanasına çatdırılıb.
Qeyd edək ki, bundan bir saat əvvəl də Bakı-Quba yolunda ağır yol qəzası baş verib. Magistral yolun 41-ci kilometrliyində, Sumqayıt şəhəri ərazisində "Opel" markalı minik avtomobili "KamAZ" markalı yük maşınına çırpılıb. Nəticədə minik avtomobilinin 60 yaşlı sürücüsü vəfat edib. 47 və 35 yaşlı iki sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Qəzaya minik avtomobilinin ötmə qaydalarına düzgün əməl etməməsi səbəb olub.
Hər iki faktla bağlı araşdırma aparılır.
W16 mühərrikli “Bugatti”lərin istehsalı dayandırıldı - FOTOLAR
“Niva”nın yeni mühərriklə istehsalı başladı
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - Bazarda CİDDİ UCUZLAŞMA - VİDEO
Qaydaları ən çox bu avtomobillərin sürücüləri pozur - SİYAHI
Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?
İkinci əl avtomobillər niyə yenidən bahalaşır?
Sürücüləri narahat edən cəza mexanizmi dəyişir? - AÇIQLAMA
Benzin mühərriklər tarixə qovuşmur: istehsalçılar texnikanı təkmilləşdirir
Yay aylarında avtomobil yanğınları niyə daha çox baş verir? - USTA
Bakıda bu avtomobillərə təlabat azaldı - Qiymətlər enəcək?
Minlərlə avtomobil təcili servislərə geri çağrılır - Yanğın riski var










