Bakı-Şamaxı-Yevlax magistralında nəqliyyatın hərəkəti məhdudlaşıb - VİDEO

Bu gün səhər saatlarından yağan qar və havanın temperaturunun aşağı düşməsi səbəbindən Bakı-Şamaxı-Yevlax magistralında nəqliyyatın hərəkətində çətinliklər yaranıb.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, magistralın 38, 40 və 48-ci kilometrliklərində nəqliyyatın hərəkəti məhdudlaşıb.
Belə ki, yağan qardan sonra, yolların buz bağlaması sürücüləri çətin duruma salıb.
Daha çox çətinlik isə magistralın Abşeron rayonu Təzəkənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) əməkdaşları səhər saatlarından başlayaraq sözügedən ərazidə gücləndirilmiş iş rejiminə keçib. Bundan başqa, yolun qardan təmizlənməsi üçün Yol İstismar İdarəsinin texnika və canlı qüvvəsi əraziyə cəlb edilib. Magistral qar və buzdan qismən təmizlənib, nəqliyyatın hərəkəti bərpa olunub.
Hazırda sözügedən ərazilərdə qar yağmaqda davam edir, havanın tempuraturu -4 dərəcədir.
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA












