Bakı-Şamaxı yolunda sürüşmə aktivləşdi - FOTO

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 107-ci kilometrliyində sürüşmə yenidən aktivləşib. Avtosfer.az Report-a istinadən xəbər verir ki, son günlər yağan yağışlardan sonra ərazidə təhlükəli vəziyyət yaranıb. Belə ki, tonlarla torpaq qatı sürüşərək avtomobillərin intensiv hərəkət etdiyi yola tökülüb. Son bir həftədə torpaq sürşməsi və uçqunlar ardıcıl olaraq davam edir. Ərazinin sürüşməyə meylli olması təkrar uçqunların baş verməsi ilə nəticələnir. Ötən gün axşam yolda təmizlik işləri aparılsa da, təkrar axıb gələn torpaq qatı avtomobillərin hərəkəti üçün maneələr yaradır. Həmin əraziyə ağır texnika və canlı qüvvə cəlb olunub, texnika yolun yamac hissəsində yığılıb qalan torpaq qatını təmizləyir. Bu səbəbdən “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ərazidə növbətçi işçi qüvvəsi yaradılıb və sürüşmə zonası diqqətdə saxlanılır.
Hazırda yolda avtomobillərin hərəkəti üçün heç bir maneə yoxdur.


“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










