Banner

Bakı Şəhər Təhsil İdarəsi: “37 məktəb Milli Qəhrəmanın adını daşıyır”

Avtoxəbər 30 Yanvar 2021 17:25 Oxunub 1720
Bakı Şəhər Təhsil İdarəsi: “37 məktəb Milli Qəhrəmanın  adını daşıyır”
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) Milli Qəhrəmanların və şəhidlərin xatirəsini daim hörmətlə anmaq üçün tədris ili ərzində müxtəlif tədbirlər və layihələr həyata keçirilir.

Bu barədə Oxu.Az-ın məktəblərdə sinif otaqlarına, siniflərə şəhidlərin adlarının verilməsi ilə əlaqədar atılan addımlar barəsində Bakı Şəhər Təhsil İdarəsinə ünvanlanan sorğusuna cavab olaraq məlumat verilib.  

Bildirilib ki, BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrindən 129-u şəhid, 37-si Milli Qəhrəmanın adını daşıyır:

“Məktəblərə Milli Qəhrəmanların və şəhidlərin adının verilməsi şagirdlərin vətənpərvərlik tərbiyəsi işinin səmərəli təşkili baxımından olduqca böyük rəmzi məna daşıyır və gələcəyimiz olan gənclərə milli ruhun aşılanmasında mühüm əhəmiyyət kəsb edir. Vaxtaşırı olaraq məktəblərdə adını daşıdıqları qəhrəmanların anım mərasimləri keçirilir, onların hamıya örnək həyat yolu gənclərə nümunə kimi göstərilir.

2016-2017-ci tədris ilindən başlayaraq BŞTİ və Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin birgə təşkilatçılığı ilə idarənin tabeliyindəki ümumi təhsil müəssisələrində “Milli Qəhrəmanlar guşəsi” yaradılıb. Təşəbbüsün əsas məqsədi Milli Qəhrəmanlıq zirvəsinə yüksəlmiş vətən övladları haqqında məktəblilərdə daha geniş təəssürat yaratmaq, onlarda vətənpərvərlik hisslərini gücləndirmək və gənclərin çağırışaqədərki hazırlığını yüksəltməkdən ibarətdir.

Paytaxtdakı ümumi təhsil müəssisələrində Milli Qəhrəmanların və şəhidlərin adlarının müxtəlif siniflərə verilməsi təşəbbüsü də genişlənməkdədir. Bir neçə ildir davamlı şəkildə reallaşdırılan bu təşəbbüsün əhatə dairəsi Vətən Müharibəsindəki parlaq qələbəmizdən sonra daha da artmaqdadır. Siniflərə Milli Qəhrəmanların və şəhidlərin adlarının verilməsi sözsüz ki, gənc nəslin vətənpərvərlik tərbiyəsinin inkişafında mühüm rol oynayır”-, deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, dövlətimiz tərəfindən müharibə iştirakçıları olan qazilər və şəhid alilələri hərtərəfli qayğı ilə əhatə olunur. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh