Bakı-Sumqayıt elektrik qatarlarının hərəkət cədvəlində DƏYİŞİKLİK

Aprelin 18-dən Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişiklik ediləcək. Avtosfer.az bildirir ki, bu barədə trend-ə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib.
Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının işinin səmərəliliyinin artırılması və sərnişin daşımanın optimallaşdırılması məqsədilə, sərnişin sıxlığının Sumqayıt şəhərindən səhər saatlarında, Bakı şəhərindən isə axşam saatlarında çox olduğunu nəzərə alaraq, aprel ayının 18-dən etibarən Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişiklik ediləcəkdir.
Beləliklə, Bakı-Sumqayıt elektrik qatarları Sumqayıt-sərnişin stansiyasından 06:50, 07:20, 07.45, 08:00, 08:30, 09:10, 09:50, 17:00, 18:10 və 18:50-də, Baki sərnişin stansiyasından saat 07:40, 08:15, 08:50, 16:00, 17:20, 18:00, 18:30, 19:00, 19:45 və 20:45-də yola düşəcək.
Şənbə, bazar və bayram günləri 6002/6001, 6004/6003 və 6006/6005 nömrəli elektrik qatarları hərəkətdə olmayacaq.
Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişikliklər olduqca, KİV vasitəsilə vətəndaşlara məlumat veriləcək.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












