Bakı-Sumqayıt yolunda baş verən qəzada ölənlərin sayı 5 nəfərə çatıb

Bakı-Sumqayıt yolunda baş verən qəzada ölənlərin sayı 5 nəfərə çatıb. Bakı-Sumqayıt yolunda baş verən qəzada ölən tələbələrin adları məlum olub.
Sumqayıt Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Nazıxanım Cəlilli "Report"a açıqlamasında bildirib ki, hadisə nəticəsində universitetin Fizika və Elektroenergetika fakültəsinin 3-cü kurs tələbələri Quliyev İbrahim və Nəsibov İbrahim ölüb.
Qəza nəticəsində xəsarət alan və 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilən 1999-cu il təvəllüdlü Canıyev Rəşad xəstəxanada dünyasını dəyişib. Mərkəzdən bildirilib ki, o, qəza nəticəsində ağır kəllə-beyin travması alıb.
Bundan başqa, mərkəzə gətirilən digər 3 nəfərdən biri ilkin tibbi yardımdan sonra evə buraxılıb, digər iki nəfər əməliyyat olunub.
Bakıdan Sumqayıt istiqamətində gedən "Ford" markalı mikroavtobusun yolunun kənarındakı dəmir yolayrıcına çırpılması nəticəsində baş verən qəzada üç tələbə ölüb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova “Report”a açıqlamasında bildirib ki, ölənlərdən biri qız, ikisi oğlandır.
O qeyd edib ki, hər üç şəxs hadisə yerində dünyasını dəyişib.
S.Əhmədova deyib ki, hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb.
1 saylı Kliniki Tibbi Mərkəzin baş həkimi Ədalət Dadaşov "Report"a açıqlamasında bildirib ki, mərkəzə hadisə nəticəsində xəsarət alan 3 nəfər gətirilib.
5-6 nəfərlə yola çıxan sürücüləri nə gözləyir? - VACİB AÇIQLAMA
W16 mühərrikli “Bugatti”lərin istehsalı dayandırıldı - FOTOLAR
“Niva”nın yeni mühərriklə istehsalı başladı
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - Bazarda CİDDİ UCUZLAŞMA - VİDEO
Qaydaları ən çox bu avtomobillərin sürücüləri pozur - SİYAHI
Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?
İkinci əl avtomobillər niyə yenidən bahalaşır?
Sürücüləri narahat edən cəza mexanizmi dəyişir? - AÇIQLAMA
Benzin mühərriklər tarixə qovuşmur: istehsalçılar texnikanı təkmilləşdirir
Yay aylarında avtomobil yanğınları niyə daha çox baş verir? - USTA
Bakıda bu avtomobillərə təlabat azaldı - Qiymətlər enəcək?










