Bakı-Sumqayıt yolunda yenidənqurma işlərinin yekunlaşacağı tarix açıqlandı - RƏSMİ
Avtoxəbər
30 May 2020 20:33

“20 Yanvar” dairəsinin ölçüləri də dəyişdirilərək oval formaya salınıb
Bakı-Sumqayıt yolunda aparılan genişləndirmə işləri iyun ayının ilk ongünlüyündə yekunlaşacaq. Bunu oxu.az açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib. O bildirib ki, Bakı-Sumqayıt yolunun genişləndirilməsi istiqamətində aparılan yenidənqurma işləri çərçivəsində magistral yolun, demək olar ki, hər iki hissəsində görülən tədbirlər tamamlanmaq üzrədir: “Artıq genişləndirilən hərəkət zolaqlarına asfalt döşənməsi prosesi başa çatdırılıb. Sağ və sol istiqamətdə əlavə bir hərəkət zolağı yaradılıb. Xırdalan dairəsi istiqamətindən Masazır dairəsinədək yol, həmçinin, Xırdalan dairəsinin altından keçən avtomobil tuneli hər iki istiqamət üzrə iki hərəkət zolağı enində genişləndirilib.
Paytaxtda Sumqayıt şəhəri istiqamətindən giriş-çıxışı təkmilləşdirmək məqsədilə “20 Yanvar” metrostansiyasının “Azərsu” ASC-nin inzibati binasının qarşısında yerləşən çıxışının yeri dəyişdirilərək, 8-10 metr irəli çəkilib.
“20 Yanvar” dairəsinin ölçüləri də dəyişdirilərək, “oval” formaya salınıb. Sadalanan bütün işlər artıq, demək olar ki, başa çatıb. Xırdalan dairəsinin altından keçən tunel ətrafında son tamamlanma işləri qalıb. O işlər də iyun ayının ilk ongünlüyündə tam başa çatdırılacaq”.
Oxunub 2114
DİGƏR XƏBƏRLƏR
17 Fevral 2026 19:03
Bu yola radar quraşdırıldı; birazdan işə düşəcək - Sürücülərin diqqətinə!
17 Fevral 2026 15:11
Siqnalla təbrik: Afrikaya bənzəməyə çalışırıq? - FOTO
17 Fevral 2026 14:18
Tormoz mayesi və baş silindr tarixə qovuşur? - FOTO
17 Fevral 2026 09:18
Azərbaycanda avtomobillər bahalaşa bilər - VİDEO
16 Fevral 2026 23:06
Çin avtomobili almaq istəyənlərin nəzərinə! - Qiymətlər bu qədər artacaq
16 Fevral 2026 17:18
Azərbaycan avtomobil idxalında tarixi zirvəyə çatdı - STATİSTİKA - FOTO
16 Fevral 2026 16:48
"VAZ" avtomobilləri üçün yeni disklər - FOTO
16 Fevral 2026 15:48
"BYD" milyardlıq vədlərini yerinə yetirmir
16 Fevral 2026 09:48
Xaricdən avtomobil gətirənlərin sayı niyə kəskin azalıb? - VİDEO
15 Fevral 2026 00:00
Dünyada ən çox tıxac olan şəhərlər açıqlandı - SİYAHI
14 Fevral 2026 22:02
Yeni tip batareya elektromobildən uzunömürlü ola bilər - Natrium əvəzinə litium
14 Fevral 2026 13:28
Çin yarım sükanlı avtomobilləri qadağan etdi
ŞƏRH YAZ











