Bakıda 120-lik yolda "protiv" gedən sürücü həbs edildi – "Yaxşı eləmişəm" - VİDEO

Dünən Heydər Əliyev prospektində 120 km/saat sürət rejimi olan yolda hərərkətin əksinə gedən “ZİL” markalı yük maşınının sürücüsü saxlanılıb. Dünən Avtosfer.az-ın yaydığı video ilə bağlı yol polisi tərəfindən araşdırma aparılıb və sürücü bu gün tutularaq məhkəmə qarşısına çıxarılıb. Məhkəmənin qərarı ilə sürücü Elçin Babayev 15 gün müddətinə inzibati qaydada həbs edilib. Eyni zamanda, onun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb. Daha doğrusu, bir neçə ay öncə sürücülük hüququ məhdudlaşdırıldığı üçün həmin müddətə 1 il də əlavə olunub.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, həmin görüntülər yayılandan sonra yol polisi dərhal araşdırmalara başlayıb və kamera görüntüləri nəzərdən keçirilib. Bu gün 99 YP 314 avtopatrul maşınında xidmət aparan Bakı şəhər DYPİ-nın Yol-Patrul Xidməti Alayının polis baş serjantı Mirsəməd Seyidov həmin avtomobili sürücü ilə birlikdə Aeroport-Binə yolunda aşkar edib. Bununla əlaqədar İdarədə araşdırma aparılaraq sənədləşdrilib. Məlum olub ki, martın 10-da səhər saat 11.30-da Aeroport yolu ilə hərəkətin əksinə təhlükəli manevr edərək və həmin yolda digər avtomobillərin hərəkətinə mane və təhükə yaradaraq hərəkət edən sürücü 1971-ci il təvəllüdlü Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsində yaşayan, 5 uşaq atası Babayev Elçin Tinxan oğludur. O əməlini etiraf edib və bildirib ki, həmin vaxt sərxoş olub. Hətta bu gün məhkəmə qarşısına da içkili halda çıxıb. Bu vəziyyətdə isə öz əməlinə haqq qazandırmağa çalışıb: “İçmişəm, yaxşı eləmişəm. Gedib cəriməmi ödəyəcəm. Ona görə “protiv” gedirdim ki, benzinim az yansın”.
Qeyd edək ki, sürücü E.Babayev Binə bələdiyyəsinin işçisi olub və kommunal təyinatlı yük avtomobilini idarə edirmiş.
Avtosfer.az həmin sürücünün törətdiyi əməlin görüntülərini bir daha təqdim edir:
Elmin
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










