Bakıda 15 ildir cərimə meydançasında qalan maşınlar var

Dövlət Yol Polisinin cərimə meydançalarında bəzi maşınlar var ki, uzun müddətdir əl dəymədən orada saxlanılır. Avtosfer.az xəbər verir ki, bunu Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev də Modern.az-a açıqlamasında təsdiqləyib. Onun sözlərinə görə, hətta 10-15 ildir cərimə meydançasında “yatan” avtomobillər var. K.Əliyev bildirib ki, belə maşınların sahiblərinə dəfələrlə məktub göndərilib ki, avtomobillərini gəlib cərimə meydançasından götürsünlər. “Cərimə meydançalarında elə maşınlar var ki, neçə illərdir yağışın, qarın, Günəşin altında qalaraq, tamamilə yararsız vəziyyətə düşüb. İstifadəyə yararlı ehtiyat hissələri belə, qalmayıb. Bununla yanaşı, avtomobil sahiblərinə, dünyasını dəyişmiş şəxslərin ailə üzvlərinə dəfələrlə məlumat verilib. Gəlib ən azı dövlət qeydiyyat nişanını və sahiblik hüququnu təsdiq edən sənədlərlə çıxarış etmirlər ki, cərimə meydançalarını həmin maşınlardan təmizləmək mümkün olsun”.
Kamran Əliyevin sözlərinə görə, işin qəribə tərəfi ondadır ki, belə avtomobillərin sahibləri yanğınla və ya başqa hadisələrlə bağlı məlumat əldə edən kimi tez qaçıb gəlirlər. “Çünki fikirləşirlər ki, həmin avtomobilə də hansısa zərər dəyə bilər və bu halda onlar ziyanın ödənilməsi ilə bağlı vəsatət qaldırarlar. Hansı ki, o avtomobillər heç ələ gəlinəsi deyil, tamamilə çürüyüblər”.
K.Əliyev deyir ki, onlara avtomobilini cərimə meydançasından götürmək və ehtiyat hissələrini satmaq istəyən şəxslərdən də müraciət edənlər olur. “Elə adamlar var ki, yol qızasından 3-5 ay sonra cərimə meydançasına qoyulan avtomobili və ya ehtiyat hissələrini satmaq istəyir. Bunun üçün çıxdaş edib, dövlət qeydiyyat nişanını təhvil vermək lazımdır. Daha sonra isə istifadəyə yararlı ehtiyat hissələrinin satılması üçün DYP tərəfindən maşın sahibinə arayış verilməlidir. Maşın sahibi isə həmin arayışı aldıqdan sonra həmin ehtiyat hissələrini kimə istəsə, sata bilər”.
Kamran Əliyev qeyd edib ki, cərimə meydançasında saxlanılmış maşınlar məhkəmənin qərarı ilə hərraca çıxarıla bilər. “Əgər avtomobil sahibinin banka və digər şəxsə borcu varsa, bu borc məcburi icraya yönəldilsə, maşına həbs qoyula və ya hərraca çıxarıla bilər. Bununla bağlı məhkəmənin qərarı olmalıdır”.
Dünyada ən çox tıxac olan şəhərlər açıqlandı - SİYAHI
Yeni tip batareya elektromobildən uzunömürlü ola bilər - Natrium əvəzinə litium
Çin yarım sükanlı avtomobilləri qadağan etdi
Sosial yardım alan şəxs yarım milyonluq “Ferrari” sürürmüş
Maşın almaq istəyənlərə BƏD XƏBƏR — Apreldən qaydalar dəyişir
Hibrid avtomobillər sıradan çıxa bilər - SƏBƏB BUDUR
Avtomobil formasında qızıl saat: 1,5 milyon manat
Az satıb çox qazanan “Ferrari”
Çin avtomobillərini ən çox alan Avropa ölkəsi
“Ford” tarixində ən böyük rüblük zərərini açıqlayıb - 11,1 milyard dollar
“BMW” bu modelləri geri çağırır - Yanğın təhlükəsi var










