Bakıda 164 min sürücüyə MMX protokol yazıldı

Yanvarın 1-dən aprelin 5-dək Bakı şəhərində 172 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədovun APA-ya verdiyi məlumata görə, nəticədə 32 nəfər ölüb, 206 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Onun sözlərinə görə, ötən ilin müvafiq dövri ilə müqayisədə 54 hadisənin azalması nəticəsində ölüm faktının və xəsarət alanların sayı azalıb: “Bu da yol polisi əməkdaşlarının həyata keçirdikləri məqsədli tədbirlərin nəticəsidir. Hadisələrin 47 faizi sürət həddinin aşılması, 50 faizi piyadaların avtomobillərlə vurulmasıdır. Təhlükəsizliyin təmin edilməsi üçün yol polisi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində 262379 ədəd inzibati protokol tərtib edilib. Bunlardan 4450 sərxoş vəziyyətdə avtomobil idarə edən, 1679 protokol sürət həddinin aşılması, 1251 protokol sərnişin daşıma qaydalarının pozulması, 42 mindən çox protokol ötmə -manevir etmə qaydalarının pozulmasına görə yazılıb. Bu dövr ərzində 33738 piyada cərimələnib”.
Vaqif Əsədovun sözlərinə görə, Mərkəzi Məlumat Mərkəzi tərəfindən 164 min sürücü barəsində tədbir görülməsi üçün adiyyatı hərəkətlər edilib.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












