Bakıda ara küçədəki avtomobillər cərimə meydançasına aparılır - VİDEO

Bakının Yasamal rayonu İsmayıl bəy Qutqaşınlı küçəsinin sakinlləri iddia edir ki, bir aydan çoxdur şənbə və bazar günləri evakuatorlar həmin küçədə yol kənarında dayanmış avtomobilləri cərimə meydançasına aparır. Halbuki, sözügedən ərazidə heç bir dayanma və durmanı qadağan edən nişan yoxdur. Sakinlər deyir ki, həyətləri olmadığından uzun illərdir avtomobillərini gecə-gündüz küçədə saxlayırlar. Amma bir aydan çoxdur gündüzlər növbəli şəkildə avtomobillərə keşik çəkirlər ki, evakuator aparmasın.
Çəkiliş zamanı sakinlərin dediyi yerdə dayanma və durmanı qadağan edən nişanın olmadığını biz də gördük. Nişan küçənin əvvəlində var ki, o da problemin yaşandığı əraziyə qədər olan hissədə qüvvədən düşür. Çünki həmin əraziyə qədər İsmayıl bəy Qutqaşınlı küçəsi bir neçə küçə ilə kəsişir.
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov isə deyir ki, avtomobilin saxlanıldığı yerdən küçənin əks tərəfinə qədər olan məsafə 3 metrdən azdırsa, burada evakuator sürücüsü heç bir qanun pozuntusuna yol vermir. Çünki nişan az olduğundan ara küçələrə dayanma və durmanı qadağan edən nişanlar qoyulmur. Bunu bütün sürücülər bilməlidirlər ki, hərəkətin intensiv olduğu bəzi ara küçələr var ki, orda da avtomobili park etmək olmaz.
5-6 nəfərlə yola çıxan sürücüləri nə gözləyir? - VACİB AÇIQLAMA
W16 mühərrikli “Bugatti”lərin istehsalı dayandırıldı - FOTOLAR
“Niva”nın yeni mühərriklə istehsalı başladı
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - Bazarda CİDDİ UCUZLAŞMA - VİDEO
Qaydaları ən çox bu avtomobillərin sürücüləri pozur - SİYAHI
Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?
İkinci əl avtomobillər niyə yenidən bahalaşır?
Sürücüləri narahat edən cəza mexanizmi dəyişir? - AÇIQLAMA
Benzin mühərriklər tarixə qovuşmur: istehsalçılar texnikanı təkmilləşdirir
Yay aylarında avtomobil yanğınları niyə daha çox baş verir? - USTA
Bakıda bu avtomobillərə təlabat azaldı - Qiymətlər enəcək?










