Bakıda avtobus dayanacağını zəbt edən taksilər ərazidən YIĞIŞDIRILDI - VİDEO

Bakının Səbail rayonu ərazisində 20-ci sahə adlanan yerdə avtobus dayanacağı taksilər tərəfindən zəbt edilib.
Belə ki, taksilər qaydalara riayət etmədən qanunsuz və nizamsız şəkildə avtobusların dayanacağa daxil olmasına imkan vermir, üstəlik, ərazini bağlayaraq sərnişinlərin də avtobuslara rahat şəkildə minməsinə mane olur.
Qeyd edək ki, analoji hal hər gün yaşandığı üçün sərnişinlərin ciddi narahatlığına və etirazına səbəb olub. Elə onların müraciəti əsasında məsələni ictimailəşdirdik.
Çox keçmədən Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi dərhal məsələyə operativ reaksiya verib və özügedən taksilərin ərazidən yığışdırılmasına başlanıb.
Bu barədə Bizim.Media-ya qurumun baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib.
Onun sözlərinə görə hazırda Səbail rayonu Dövlət Yol Polisinin əməkdaşları həmin ərazidədirlər. Qanun pozuntusuna yol vermiş taksi sürücüləri barədə lazımi tədbirlər görülür.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsinə uyğun olaraq bu hal 40 manat məbləğində cərimə məsuliyyəti yaradır.
İkinci əl maşın alanda qəza, etibarnamə və texniki yoxlama niyə vacibdir? – Mütəxəssis RƏYİ
İşlənmiş avtomobil bazarında risklər: Qəza izlərini necə tanımaq olar?
Azərbaycanda avtomobil sifarişi tələsi: Onlarla vətəndaş aldadılıb - VİDEO
Bu maşın püşkatma yolu ilə satılacaq
Avtomobillərdən çıxan tüstü də işə yarayacaq - FOTO
Çinin avtomobil sənayesi adambaşına məhsuldarlığa görə Avropadan geridir
Aİ-92" ilə "Aİ-95"i qarışdırmaq olar?
Dünyanın ən bahalı "avtomobili" - Hazırlanması 281 milyon dollara başa gəlib - FOTO
Avtomobil sahəsində mühüm ixtira: Sadə, ancaq həyati əhəmiyyət daşıyır - FOTO
Avtomobil bazarındakı dəyişiklik KASKO sığortasını da vurdu - FOTO
Maşını sürücüdən alıb özü sürdü - Piyadanın ayağını sındırıb 5 manatla yola saldı










