Bakıda avtobusla “avtoş”luq edən sürücü həbs edildi - FOTO

Bakıda sərnişin avtobusu ilə avtoxuliqanlıq edən sürücü həbs edilib. Bu barədə Avtosfer.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Bildirilir ki, mayın 20-də, axşam saat 19.40 radələrində 211 nömrəli marşrut üzrə hərəkət edən 10 TF 965 dövlət nömrə nişanlı sərnişin avtobusunu idarə edən sürücü Fətəli xan Xoyski küçəsində avtoxuliqanlıq hərəkətləri edib. Buna görə də 32 yaşlı sürücü Elşən Namiq oğlu Əhədov yol polisi əməkdaşları tərəfindən saxlanılaraq toplanmış materiallar məhkəməyə təqdim edilib. Nərimanov rayon Məhkəməsinin qərarı ilə sürücü Elşən Əhədov 15 gün inzibati həbs cəzası ilə cəzalandırılıb. Bundan əlavə, onun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb.
Sözügedən 211 saylı marşrut “İ-Qafqaz” MMC-yə məxsusdur.
Elmin
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA













