Bakıda "avtoş" yol polisinə meydan oxudu – "Məni tutan olmayıb" - VİDEO

Sosial şəbəkələrdə öz videolarını yayan avtoxuliqan yol polisinə meydan oxuyub. Avtosfer.az-ın məlumatına görə, ağ rəngli "Ford" markalı avtomobillə Bakı küçələrində təhlükəli hərəkətlər edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan "avtoş"un kimliyi bilinmir. Videonu Avtosfer.az-a göndərən oxucular isə bildiriblər ki, bu "avtoş" bir neçə ildir Bakı küçələrində bundan da təhlükəli maşın sürür. Lakin bu vaxta kimi yol polis ionu bir dəfə olsun tuta bilməyib. Həmin şəxs isə ötən il özü "avtoş"luqdan əl çəkdiyini bəyan edibmiş. O, bildirib ki, bu işdən yol polisinə görə yox, insanların həyatını təhlükəyə atmamaq üçün əl çəkir. Lakin üstündən bir il keçəndən sonra, yəni artıq bir neçə gündür ki, həmin şəxs Bakı küçələrində görünməyə başlayıb. Bu dəfə isə guya "avtoş"luq etmir, sadəcə qayda pozur. Məsələn, videodan da göründüyü kimi, avtomobili ikitəkər sürmək və başqa bu kimi təhlükəli manevrlər etmədiyini deyən avtoxuliqan sadəcə olaraq, imkan düşdükcə qayda pozduğunu, qırmızı işıqdan keçdiyini, qarşı yola çıxdığını, qoşa xətti keçdiyini, ürəyi istəyən yerdən geriyə döndüyünü və bundan ləzzət aldığını deyib. Videoda bir epizodda yol polisi həmin sürücünü təqib etsə də, sürücü aradan çıxmağı bacarır.
Videonu göndərənlər həmin "avtoş"un kimliyini açıqlamırlar. Onun yaydığı videoda da avtomobilin dövlət nömrə nişanı görünmür.
Emin
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












