Bakıda bahalı avtomobil hakimin tələbə oğlunu vurub öldürdü - AA - 669 - FOTO

Dünən gecə Bakının mərkəzində ağır yol qəzası baş verib. Avtosfer.az saytının lent.az-a istinadən verdiyi məlumata görə, saat 03:20 radələrində Bülbül prospektində 90 AA 669 dövlət qeydiyyat nişanlı "Mercedes S Class" 20 yaşlı oğlanı vurub. Ağır xəsarətlər alan gənc oğlanın həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, avtomobil qəzasında həlak olan gənc ADA Universitetinin tələbəsi Rüfət Allahverdiyevdir. Bu gün ADA Universitetinin rəsmi facebokk səhifəsində bununla bağlı məlumat yayılıb. Bildirilir ki, tələbənin ölümü ilə əlaqədar olaraq ADA Universitetində planlaşdırılan möhtəşəm tədbir təxirə salınıb.
Qeyd edək ki, R.Allahverdiyev Tərtər Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin oğludur.
Emin
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR














