Bakıda belə maşınlar yox idi

Bu il Bakıda keçiriləcək yeniyetmələr arasında beynəlxalq futbol çempionatı və Formula - 1 yarışlarında idmançılara, xarici ölkələrdən gələn azarkeşlərə və tamaşaçılara ilkin tibbi yardım xidmətini daha yüksək səviyyədə göstərmək üçün Bakıya 100 yeni müasir avadanlıqlarla təchiz olunan təcili tibbi yardım avtomobil gətirilib.
Avtosfer.az trend-ə istinadən bildirir ki, bunu Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev bu gün keçirdikləri tədbirdə deyib.
R.Nağıyev qeyd edib ki, bununla yanaşı, həmin tədbirlərlə əlaqədar Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının tibbi heyətinin hazırlıq məşğələlərinin keçirilməsi nəzərdə tutulub.
Yarışlarda təcili tibbi yardım xidmətinin təşkili üçün kifayət qədər həkim briqadasının olduğunu deyən baş həkim bildirib ki, ehtiyac olarsa, əlavə həkim briqadaları da bu işə cəlb edilə bilər: ""Bakı-2015" Avropa Oyunlarında stansiya bölmələrinin 200-ə yaxın seçilmiş həkimi təlim kurslarına cəlb olunub. Bu il keçiriləcək beynəlxalq yarışlarda da həmin heyət yenidən təlimlərə cəlb ediləcək, onların xidmətlərindən istifadə olunacaq".
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












