Reklam

Bu yolda hərəkət mexanizmi dəyişdirildi - SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ - VİDEO

Avtoxəbər 31 Oktyabr 2023 10:32 Oxunub 950
Bu yolda hərəkət mexanizmi dəyişdirildi - SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) əməkdaşları daha bir yolayrıcında hərəkətin idarə edilməsində dəyişiklik edib.

Bu barədə Avtosfer.az-a NİİM-dən məlumat verilib.

Qeyd olunub ki, bununla həm piyadaların yolu təhlükəsiz keçməsi təmin edilib, həm də sürücülər bu yolda vaxt itkisi ilə qarşılaşmayacaqlar.

Nərimanov rayonu, Təbriz küçəsi ilə Ağa Nemətulla küçələrinin kəsişməsində aparılan monitorinq zamanı müəyyən edilib ki, Təbriz küçəsindən Ağa Nemətulla küçəsinə sağa dönən zaman işıqforun yaşıl işığı həm nəqliyyat vasitələri, həm də piyadalar üçün eyni vaxtda yanır və qəza şəraiti yaranır.

Problemin qarşısını almaq üçün işıqforun iş rejimi 2 fazadan 3 fazaya dəyişdirilib və yol hərəkəti iştirakçılarının təhlükəsiz hərəkəti təmin edilib.

Kəsişmədə edilən dəyişiklikdən sonra bu yolda sıxlığın qarşısı qismən alınıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh